Dünya

İranda həbsdə olan təbrizli gəncin həyatı təhlükədədir – FOTO

Sharing is caring!

İranda həbsdə olan təbrizli gəncin həyatı təhlükədədir. 20 gündən çoxdur həbs edilən milli fəalın ağır vəziyyətdə olduğu barədə məlumatlar yayılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.  

Onun Təbrizin Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanıldığı, məcburi etiraf almaq üçün bir neçə dəfə döyüldüyü, barmaqlarının sındırıldığı bildirilir.

İşgəncə nəticəsində milli fəal ağır bədən xəsarətləri alıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, digər fəalları qorxutmaq və aksiyalara qoşulmaqdan çəkindirmək üçün Şəhriyar Cəfəri və başqa bir neçə milli fəala işgəncə verilib.

Məlumatda həmçinin tanınmış boksçu, milli fəal Kərim İsmayılzadənin də ağır işgəncələrə məruz qaldığı qeyd edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir