Müharibə

Müdafiə Nazirliyi xəbərdarlıq edib: “Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”

Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Qeyd edək ki, bu gün Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib. Xeberal.az

Siyasət

Haber Global: “Azərbaycan antiterror əməliyyatına başladı!” – VİDEO

Türkiyənin nüfuzlu “Haber Global” telekanalı Qarabağda baş verən son hadisələrlə bağlı süjet hazırlayıb. Süjetdə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində  azərbaycanlı hərbçinin şəhid olduğu bildirilir. Qeyd olunur ki, məhz buna cavab olaraq Azərbaycan Ordusu bölgədə antiterror əməliyyatına başlayıb. Həmçinin, bölgədə baş verənlər telekanalın efirində türkiyəli ekspertlər tərəfindən qiymətləndirilib. Xeberal.az

Müharibə

MN: “Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib” – RƏSMİ + VİDEO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin […]

Siyasət

ATƏT-dən Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA – FOTO

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”. Bunu ATƏT-in Polşa sədrliyi özünün “Twitter” səhifəsində açıqlayıb. “Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – açıqlamada qeyd olunub. Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa […]

İdman

“Neftçi” – “Rapid” matçı öncəsi mətbuat konfransı – FOTOREPORTAJ

Bu gün “Neftçi”in baş məşqçisi Laurentsiu Regekampf və klubun oyunçusu Azər Salahlının matç öncəsi mətbuat konfransı keçirib.  Görüşündən öncə ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf və komandanın müdafiəçisi Azər Salahlı mətbuat konfransında iştirak edib.  Qeyd edək ki, avqustun dördü “Neftçi” – “Rapid” qarşılaşması baş tutacaq.  “Global Photo Stock”un əməkdaşı mətbuat konfransından fotolar lentə alıb. Daha çox […]

Cəmiyyət

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti AÇIQLANDI

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xeberal.az

Siyasət

Bakıda COVID-19 xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib. Qərara əsasən, Bakı […]

Cəmiyyət

Bakı-Sumqayıt yolunda qəza: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı – VİDEO

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə zamanı “Mercedes” markalı maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb. Qeyd edək ki, qəza nəticəsində yanacaqdoldurma məntəqəsinə və avtomobil ciddi maddi ziyan dəyib.  Xəsarət alanlarla bağlı məlumat yoxdur.  Hadisə yerindən görüntüləri təqdim edirik: Xeberal.az

İdman

PSJ Renato Sançeşin transferini razılaşdırıb

PSJ Portuqaliya millisi və “Lill” klubunun üzvü Renato Sançeşin transferini razılaşdırıb. Bu iddia ilə jurnalist Fabrisio Romano çıxış edib. O, bildirib ki, ötən gecə sövdələşmənin bağlanmasından sonra Fransa komandasına futbolçuya görə 15 milyon avroluq tam ödənişin ediləcəyi barədə razılaşma əldə olunub. Renato üçün tibbi yoxlanışın Parisdə keçirilməsi planlaşdırılır. İnsayderin məlumatına görə, Sançeşlə Paris klubu arasındakı […]