Dünya

Bolqarıstan parlamenti hökumətə etimadsızlıq göstərdi

Bolqarıstan parlamenti Kiril Petkovun hökumətinə etimadsızlıq göstərib. 123 deputat hazırkı kabinetin əleyhinə, 116 deputat isə lehinə səs verib. Qeyd edək ki, Petkov 2021-ci ilin dekabrında il ərzində keçirilən üçüncü parlament seçkilərindən sonra baş nazir postuna yiyələnib. O, daha çox uğursuz iqtisadi siyasətinə görə tənqid olunub. Mənbə: “İnterfaks” Xeberal.az

İdman

Qadın futbolçunu Messi ilə səhv saldılar – VİDEO

Meksikanın “Paçuka” klubu Cennifer Ermoso ilə müqavilə imzalayıb. Komandanın dörd azarkeşindən yeni transferin kimliyini təxmin etmək xahiş olunub. Onlara gözübağlı şəkildə futbolçu ilə bağlı müxtəlif suallar ünvanlanıb. Hermosonun “Barselona”nın tarixində ən çox qol vuran futbolçu olması isə fanatları əməlli başlı çaşdırıb. Onlar qadın idmançını Messi ilə səhv salıblar. Mənbə: Marca Xeberal.az

Dünya

Tomat pastasının içində metamfetamin və ekstazı həbləri tapıldı – VİDEO

Türkiyənin Elazığ şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində tomat pastasının içində gizlədilən narkotik maddələr aşkar edilib. Məlumatı Elazığ şəhər prokurorluğu yayıb. Qeyd olunur ki, polis şəhərin mərkəzində özünü şübhəli aparan sürücünü saxlayıb. Axtarış nəticəsində avtomobildə yapılan tomat pastaları olan bankaların içindən metamfetamin və ekstazi həbləri götürülüb. Mənbə: İhlas Haber Ajansı (İHA) Xeberal.az

İdman

Ronaldu “TikTok”da qəribə rəqslə debüt etdi – VİDEO

Portuqaliya millisinin forvardı Kriştianu Ronaldu sosial medianı fəth etməyə davam edir. Artıq növbə “TikTok”a çatıb. 37 yaşlı futbolçu qardaşı qızı Alisia Beatris Aveyro ilə birlikdə rəqs edərkən görüntülənib. “Mançester Yunayted”in hücumçusu Alisia və oğlu kiçik Kriştianu ilə “Unroll, hit and play” mahnısı altında oynayıb. Xeberal.az

Dünya

Rusiyada koronavirusun daha yoluxucu alt variantları yayılır

Rusiyanın əməkdar həkimi ölkədə koronavirusun daha yoluxucu alt variantlarının yayılmağa başladığını bildirib. “Bir çox başqa ölkələrdə olduğu kimi, Rusiyada da koronavirusun “Omikron” ştammının əvvəlkilərdən daha yoluxucu olan və yeni xəstələnmə dalğasına səbəb ola biləcək alt variantları yayılmağa başlayır”. Bu barədə Rusiyanın əməkdar həkimi Mixail Kaqan məlumat verib. “Artıq bir sıra Avropa ölkələrində xəstələnmə hallarının artması […]

Dünya

Aralıq dənizində fəlakətli sunami proqnozlaşdırılır

Aralıq dənizində fəlakətli nəticələrə malik olacaq sunami baş verə bilər. Belə proqnozla UNESCO-nun Okeanoqrafiya Komissiyası çıxış edib. Təbiət hadisəsinin yaxın 30 ildə baş verə biləcəyi, dalğaların hündürlüyünün bir metrdən yuxarı olacağı bildirilib. Komissiyanın katibi Vladimir Ryabinin sözlərinə görə, bunun baş vermə ehtimalı 100% olmasa da, çox yüksəkdir və bölgə ölkələri buna hazır olmalıdır. Mənbə: Marca […]

Cəmiyyət

Balakəndə evə ildırım vurdu, yanğın oldu

Balakəndə fərdi yaşayış evini ildırım vurub. APA xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri […]

MARAQLI

Qarajda qarşılaşan boz ayıların davası kameralara düşdü – VİDEO

Kaliforniya ştatında şəxsi evin qarajında ​​qarşılaşan iki boz ayının davası müşahidə kamerası tərəfindən qeydə alınıb. Evin sahibəsi Liza Kuik qəribə səslərdən oyandığını və bunun ayı nəriltisi olduğunu anladığını deyib. Qadın ayının yenot və ya koyotla döyüşdüyünü zənn edib. “Hər gün ayılar görürəm, amma onların öz aralarında döyüşməsinə heç vaxt rast gəlməmişəm”, – deyə amerikalı bildirib. […]

Dünya

Zədələnmiş qüllə və yanmış bitki örtüyü: Zmeyinının yeni peyk görüntüləri – FOTO

“Maxar Technologies” aerokosmik şirkəti Ukraynanın Zmeyinı adasından yeni peyk fotolarını dərc edib. Kadrlarda adanın cənub hissəsində dağılmış qüllə, şimal kənarında da yanmış torpaq sahələri görünür. Təqdim olunan şəkillər sayəsində Zmeyinının əvvəl və sonra necə göründüyünü müqayisə etmək olar. Qeyd edək ki, “Maxar Technologies” bundan əvvəl Ukrayna ordusunun Zmeyinıda Rusiya ordusuna vurduğu zərərin peyk görüntülərini dərc […]