Cəmiyyət

Dövlət qulluqçularının peşə bayramı günüdür

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Oxu.Az xəbər verir ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan […]

Dünya

“Akıncı” rekordunu yenilədi – VİDEO

Türkiyənin “Baykar” müdafiə sənayesi müəssisəsinin rəhbəri Selçuk Bayraktar “Akıncı” PUA-sı ilə bağlı paylaşım edib. O, dronun özünə məxsus yüksəklik rekordunu yenilədiyini yazıb. Bayraktarın sözlərinə görə, “Akıncı” sınaq uçuşu zamanı 45,118 fut (13.75 km) yüksəkliyi fəth edib. Sevdamız kuşun kanadında, Hayat sırrının suyunu bulutların zirvesinde ararken.#AKINCI kendine ait olan milli havacılık irtifa rekorunu tekrar kırdı: 45.118 […]

manset

“Vesta Construction” şirkəti vətəndaşları və aidiyyatı qurumları necə aldatmaq istədi? – ŞOK FAKTLAR

Xəbəral.az saytı xəbər verir ki, bir neçə gün öncə mətbuatda “Vesta Construction” Şirkətinin Tikdiyi Bina Uçur: “ARXAMIZDA NİZAMİ RİH DAYANIR” başlığı altında tənqidi yazılar dərc edilmişdi. Sözügedən yazını olduğu kimi sizlərə təqdim edirik: Xəbəral.az xəbər verir ki, bu barədə “Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sakinləri […]

Dünya

Xirosima və Naqasaki merləri Rusiyanın təhdidləri fonunda dünyanı nüvə silahından məhrum etməyə çağırıblar

Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin merləri Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək təhdidləri fonunda dünyanı nüvə silahından məhrum etməyə çağırıblar. Bu barədə “Japan Today” məlumat yayıb. Bəyanatlar BMT-nin ən yeni silahları qadağan edən müqaviləsi üzrə tərəflərin ilk iclası çərçivəsində verilib. Üç gün davam edəcək görüşün məqsədi silahların son nəticədə ləğv edilməsinə təkan verməkdir. Belə ki, […]

Dünya

Britaniyada fövqəladə vəziyyət elan olundu

Britaniya səhiyyə orqanları ölkədə fövqəladə vəziyyət elan edib. Buna səbəb London kanalizasiyasında tapılan poliomielit virusu olub. Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Britaniya hökumətinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir. Məlumata görə, Londonun şərqində, yaxınlıqdakı ərazilərdə yaşayan təxminən dörd milyon insanı su ilə təmin edən çirkab su təmizləyici qurğuda poliovirus serotip 2-nin (PV2) […]

Dünya

Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı

Britaniyanın “Bonhams” özəl hərrac evi xəfiyyə 007-nin “Spektr” (Spectre, 2015) və “Ölmək üçün vaxt yoxdur” (No Time to Die, 2021) filmlərində idarə etdiyi avtomobilləri satışa çıxarıb. Ceyms Bondun “Land Rover Defender SVX” və “Aston Martin DBS Superleggera”  avtomobilləri maşın həvəskarlarının ixtiyarına verilib. Hərrac evindən verilə  məlumata görə, “Aston Martin”in ilkin qiyməti 250 000 funt sterlinqdir […]

Kriminal

Bakıda qadın boynundan bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib. APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. Xeberal.az

Dünya

Xeyriyyə fondu “Bayraktar”lar almaq üçün pul yığır

Ukraynalı şoumen Sergey Pritulanın Xeyriyyə Fondu Ukrayna Silahlı Qüvvələri üçün üç ədəd “Bayraktar” zərbə PUA-sı almaq məqsədilə genişmiqyaslı ianə kampaniyasına start verib. Bu barədə o, ad günündə “Facebook” səhifəsində məlumat verib. “Bu gün gəlib çatdı. “Bayraktar”lar alırıq. Mən sizi bu nəcib işə qoşulmağa dəvət edirəm. Vəqfimiz müqavilə imzalayır və ona əsasən üç “Bayraktar” alıb Ukrayna […]

Dünya

İlon Mask: “Tesla” insanabənzər robot nümayiş etdirəcək” – FOTO

İlon Mask bildirib ki, “Tesla” sentyabrın sonuna qədər “Tesla Optimus” humanoid robotunun işlək prototipini yaratmağı planlaşdırır. O, bu barədə Qətər İqtisadi Forumundakı çıxışı zamanı məlumat verib. İş adamının sözlərinə görə, hər şey plan üzrə gedir. Qeyd edək ki, robotun təchiz ediləcəyi süni intellekt sisteminin təqdimatı bu ilin avqustunda baş tutmalı idi. Lakin Mask tədbiri sentyabrın […]