İdman

“El Klasiko”ların tarixi açıqlandı

İspaniya La Liqası öz rəsmi saytında 2022/2023 mövsümünün təqvimini açıqlayıb. Məlumata görə, çempionat avqustun 14-də başlayacaq. Yeni mövsümdəki “El Klasiko”ların da tarixinə aydınlıq gəlib. Belə ki, təqvimə əsasən, 16 oktyabrda “Real” (Madrid) – “Barselona”, ​​19 martda isə “Barselona” – “Real” (Madrid) qarşılaşmaları baş tutacaq. Xeberal.az

Mədəniyyət

“Kurtlar Vadisi”nin Kılıcından illər sonra etiraf: “Hamımız gedəcəkdik, ikiqat pul verdilər” – FOTO

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Kılıç” obrazını canlandıran Atilla Olgaç illər sonra maraqlı etiraflar edib. Onun sözlərinə görə, ilk bölümdən sonra bütün kollektiv filmdən ayrılmaq istəyib, ancaq onlara ikiqat pul təklif edilib. Bu barədə “Haber Global” xəbər verib. Aktyorun sözlərinə görə, buna səbəb Necati Şaşmazla (serialda Polad Elemdar) bağlı çıxan təriqət xəbərləri olub. “Hamımız gedəcəkdik. […]

Dünya

Polşa Seymi abortun liberallaşdırılması ilə bağlı ictimai layihəni dəstəkləməyib

Polşa Seymi 12-ci həftəyə qədər abortlara icazə verilməsini nəzərdə tutan təhlükəsiz abort haqqında ictimai qanun layihəsini rədd edib. Bu barədə RMF24 məlumat yayıb. 265 deputat əleyhinə, 175 deputat lehinə səs verib, 4 nəfər isə bitərəf qalıb. Layihə “Güzəştsiz qanuni abort” təşəbbüsü ilə təqdim edilib. Layihədə qadınların hamiləliyi 12 həftəyə qədər, daha sonra isə – qadının […]

Dünya

Selə görə maşının içində koməksiz qalan qadın çətinliklə xilas edilib – VİDEO

Çinin Quanqdonq əyalətində sel fəlakəti zamanı avtomobilində köməksiz qalan qadın polis qrupunun uzun sürən səyləri nəticəsində xilas edilib. Əyalətin Yingde şəhərində sürətlə axan sel suları altında avtomobilində qalan qadın polisdən kömək istəyib. Zəngi alan polis sel sularında sürüklənmə təhlükəsi ilə üzləşən qadını xilas etmək üçün hərəkətə keçib. Əraziyə gələn qrup qadına ipin köməyi ilə dəfələrlə […]

Dünya

Avstraliya tarixində ilk: Balıq yeyən üç qohum nadir xəstəliyə yoluxub

Avstraliyada üç qohum naharda dondurulmuş balıq yeyərək nadir xəstəliyə yoluxub. Zərərçəkənlərin həkimlərə bildirdiyinə görə, balığı yedikdən 10 saat sonra onların hamısının əzalarında şiddətli ağrılar yaranıb. 20 yaşlı bir gəncdə isə sidik qəhvəyi rəng alıb. Nəticədə həkimlər ailə üzvlərinin Qaff xəstəliyinə tutulduğunu müəyyən ediblər ki, bu zaman əzələ toxuması hüceyrələrinin sürətlə məhvinə səbəb olan sindrom yaranır. Qeyd […]

Dünya

Marmarisdəki yanğın havadan görüntüləndi – VİDEO

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını nəticəsində zərər çəkmiş ərazilər havadan görüntülənib. Ərazidə naməlum səbəbdən iyunun 21-də başlayan yanğın davam edir. 274 nəfər təxliyə edilib. İlk dəfə yanğınsöndürmə sahəsində 10 ton su ata bilən “CH-47 Chinook” tipli helikopter cəlb olunub. Marmarisin yaşıllığı kömür qarasına bürünüb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə meşə yanğınlarının […]

Cəmiyyət

“Mercedes” və “KİA” toqquşdu, yaralılar var – FOTO

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “KİA” markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır. Xeberal.az

Dünya

“Nike” Rusiyada fəaliyyətini tam olaraq dayandırdı

ABŞ-ın “Nike” geyim şirkəti Rusiya bazarından tamamilə çıxacağını açıqlayıb. Artıq idman geyimi və ayaqqabı istehsalçısı olan şirkət rəsmi qaydada Rusiyanın aidiyyəti qurumlarına xəbərdarlıq məktubunu da ünvanlayıb. Qeyd edək ki, bir müddət əvvəl “Nike” geyim şirkəti Rusiyanın “Spartak” (Moskva) klubu ilə əməkdaşlığı dayandırmışdı. “Nike” 2005-ci ildən “qırmızı-ağlar”ın sponsoru olub. Mənbə: Kommersant Xeberal.az

Dünya

Fransa SQ-dən sürpriz: Estoniyada 100 desantçı “peyda oldu”

Fransa Silahlı Qüvvələri Estoniyada gözlənilməz hərbi təlim keçirərək, Rusiyaya qonşu olan ölkəyə 100-dən çox desantçı endirib. Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, çərşənbə axşamı keçirilən hava-desant əməliyyatı çox qısa müddətdə Fransanın 11-ci hava desant briqadasının 100-ə yaxın desantçısını Estoniya əsgərlərinin mühafizə etdiyi əraziyə endirməyə imkan verib. Departament əlavə edib ki, Estoniyada tələsik təşkil […]

Dünya

ABŞ-da balıq 10 yaşlı uşağın sinəsinə tikan batırıb

ABŞ-da 10 yaşlı uşaq anası ilə balıq tutarkən iri naqqa tikanını onun sinəsinə batırıb.  Bu barədə “Bay News” məlumat yayıb. Hadisə Florida ştatının Nyu-Port Riçi şəhərində baş verib. Balığın tikanı uşağın bədəninə dörd santimetr dərinlikdə nüfuz edib. Anası oğlunu xəstəxanaya çatdırıb. O vaxta qədər uşaq boğulmağa başlayıb – bəzi naqqa balıqları zəhərli olur. Həkimlər uşağı helikopterlə Tampadakı xəstəxanaya çatdırıblar. […]