Dünya

Bred Pitt kino karyerasını bitirir: “Son nəfəsdə olduğumu hiss edirəm”

“Oskar” mükafatına sahib superulduz Bred Pitt karyerasının sonunu proqnozlaşdırır. Bu barədə GQ jurnalında dərc olunan yeni məqalədə məlumat verilib. “Son nəfəsdə olduğumu hiss edirəm”, – deyə 58 yaşlı Hollivud ulduzu qeyd edib. “Bu, son semestr və ya trimestrdir. Fikirləşirəm ki, bu bölmədə nə olacaq və onu necə düzənləmək istəyirəm”, – deyə o əlavə edib. Bred Pitt kino […]

Dünya

Uşaqların həyətdə səs salmasına əsəbiləşib qumbara atdı – VİDEO

Ukraynanın Dnepr şəhərində sərxoş kişi evinin pəncərəsindən həyətdə oynayan uşaqlara qumbara atıb. İnsident nəticəsində 11 yaşlı uşaq xəsarət alıb. İlkin məlumata görə, 54 yaşlı sərxoş kişi həyətdə oynayan uşaqların səs salmasına etiraz olaraq bu addımı atıb. Artıq hadisəni törədən şəxs saxlanılıb. Polis onun evində axtarış aparıb. Nəticədə evdən daha iki qumbara və patronlar aşkar edilib. […]

Dünya

Zelenski: “Dəqiq qalib gələcəyik” – VİDEO

Ukrayna 120 gün 30 ildir ki, Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunu gözləyir. Bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bəyan edib. “Biz indicə namizədlik statusunu aldıq. Bu, qələbədir. 120 gün 30 ildir ki, gözləyirdik, sonra düşməni məğlub edib dincələcəyik. Bəlkə, əvvəlcə Ukraynanı bərpa edib, sonra dincələk? Bəlkə hətta qalib gələcək, Ukraynanı yenidən quracaq, […]

İdman

“Yuventus” Poqba ilə müqaviləni razılaşdırdı

“Yuventus” yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni razılaşdırıb. Bu barədə jurnalist Fabrizio Romano “Twitter” hesabında yazıb. İnsayderin sözlərinə görə, müqavilə iyulun əvvəlində imzalanacaq, sənədin bütün detalları artıq razılaşdırılıb. Poqba iki həftədən sonra İtaliyaya gələcək. Daha əvvəl 29 yaşlı fransalı ilə 4 illik müqavilə imzalayacağı bildirilirdi. Onun maaşı bonuslar nəzərə alınmadan mövsüm üçün 8 milyon avro olacaq. Ötən […]

Dünya

“Avroviziya 2023” barədə yekun qərar: Ukraynada keçirilməyəcək

Avropa Yayım Birliyi (AYB) “Avroviziya 2023”ün Ukraynada keçirilməyəcəyi barədə yekun qərar qəbul edib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. “AYB təşkilatçıların Ukraynanın yarışa ev sahibliyi etməkdən məhrum olması qərarı ilə bağlı ictimaiyyətin məyusluğunu tam başa düşür. AYB üçün birinci prioritet tədbirdə çalışan və iştirak edən bütün şəxslərin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün yarışa ev […]

Siyasət

DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşmüşdür

İyunun 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul etmişdir. Komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar […]

İdman

Ülvü gümüş medal qazandı, komandamız çempion oldu – FOTO

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib – 5:1. Güləşçimiz 1/4 finalda eyni hesabla […]

Dünya

Aİ Şurası Ukrayna və Moldovaya namizəd statusu verdi – FOTO

Aİ Şurası Ukrayna və Moldovaya Aİ-yə daxil olmaq üçün namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın prezidenti Şarl Mişel özünün sosial şəbəkə səhifəsində yazıb. O, Ukrayna və Moldova dövlət başçılarını bu münasibətlə təbrik edib. Bundan əlavə, Aİ liderləri Gürcüstanın Avropa perspektivini tanıyıb və prioritet məsələlər həll olunan kimi namizəd statusu verməyə hazır […]

Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” yarımstansiyasında YANĞIN

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub. Bu barədə FHN məlumat yayıb. Sabirabad rayonunun Qaratəpə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində paylayıcı qurğunun 4 ədəd qoruyucu açarı və 4 p.m elektrik kabeli yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Cəmiyyət

Xaçmazda iki maşın toqquşdu: Yaralılar var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində baş verib. Belə ki, “Mercedes” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Elnarə Nəcməddin qızı Məcidova, Siyəzən rayon sakinləri 1996-cı il təvəllüdlü Fərid Nəbi oğlu Əliyev, 1993-cü il təvəllüdlü Anar Teymur oğlu […]