Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Cəfərzadə Məhbubə Əli qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Xeberal.az