Dünya

Fransada insanların istirahət etdikləri dəniz sahilində güclü qasırğa – VİDEO

Fransanın Normandiya regionunda güclü fırtına baş verib. Təbiət hadisəsi bir nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnib. Qeyd olunur ki, həyatını itirən şəxs sörfçü olub. Bildirilir ki, fırtınadan əvvəl ərazidə havanın hərarəti müsbət 30 dərəcə olub, lakin qasırğadan sonra temperatur 15 dərəcəyə qədər aşağı düşüb. Mənbə: İhlas Haber Ajansı (İHA) Xeberal.az

Dünya

Çoxuşaqlı xadimə Fransa parlamentinə seçildi

Qaradərili həmkarlar ittifaqı fəalı, eyni zamanda beş uşaq anası olan Raşel Keke Fransa parlamentində – Fransa Milli Assambleyasında yer ala bilən ilk xadimə olib.  Parlament seçkisinin ikinci turunun nəticələrinə görə, İl-de-Frans mərkəz bölgəsində solçu “Yeni Xalq Ekoloji və Sosial Birliyi” partiyasını təmsil edən Kot-d-İvuardan olan 47 yaşlı Keke hakim “İrəli!” partiyasından namizədliyini irəli sürən keçmiş […]

Dünya

Atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsinin istehsalı planlaşdırılır

Yaponiyanın iri ağır maşınqayırma korporasiyası olan “Kawasaki Heavy Industries” hidrogen yanacağı ilə işləyəcək sərnişin təyyarəsinin əsas komponentlərinin hazırlanmasına başlayıb. Bunların xaricdə analoji laynerlərin istehsalına təxminən 2040-cı ildə başlayacaq təyyarə istehsalçılarına təqdim edilməsi nəzərdə tutulur. Yanma zamanı atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsi təxminən 150 yerlik nəzərdə tutulub, onun uçuş məsafəsinin iki-üç min km olacağı gözlənilir. Təyyarənin […]

İdman

Transgender üzgüçülər qadınlar arasında keçirilən yarışlara buraxılmayacaqlar

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) transgender üzgüçülərin qadınlar arasında keçirilən yarışlarda iştirakını qadağan edib. “Haber Global”ın verdiyi məlumata görə, 152 federasiyanın 71 faiz səsini toplayan qərar FINA elmi panelinin dərmanların təsirilə testosteron səviyyələri aşağı düşürülsə belə, transgenderlərin qadınlardan daha avantajlı olduğu barədə hesabatından sonra verilib. 34 səhifəlik sənəddə FINA bildirib ki, yalnız yetkinlik dövrü başlamazdan əvvəl – 12 yaşdan […]

Dünya

Belçika Patris Lumumbanın qızıl dişini Konqoya qaytardı

Belçika keçmiş baş nazir və müstəmləkəçiliyə qarşı müqavimət hərəkatının fəalı Patris Lumumbanın dişinin Konqo Demokratik Respublikasına qaytarıldığını elan edib. Lumumbanın qohumlarının iştirakı ilə keçirilən özəl mərasimdə ölkənin federal prokuroru üzərində qızıl taxma olan dişi qətlə yetirilən siyasətçinin yaxınlarına təhvil verib. Belçikanın baş naziri və Konqo rəsmiləri də siyasətçinin ailə üzvləri ilə görüşməlidirlər. 34 yaşlı Patris […]

Dünya

Meksikada atışmadan sonra gülləkeçirməz jilet və uşaq bezində meymun cəsədi tapılıb

Meksikada polislə əsas yerli kartellərdən birinin üzvləri arasında baş verən atışmadan sonra gülləkeçirməz jiletdə və uşaq bezində meymun cəsədi tapılıb. Bu barədə CBS News xəbər verib. Hadisə 2022-ci il iyunun 14-də Teskaltitlan şəhərində baş verib. Atışma zamanı on cinayətkar öldürülüb, daha biri aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən insan […]

Dünya

Britaniya Rusiya səfirinin parlament binasına girişini rəsmən qadağan etdi

Rusiyanın Böyük Britaniyadakı səfirinin Vestminsterdəki parlament binalarına (saraya – red.) girişi qeyri-müəyyən müddətə qadağan ediləcək. Bu barədə İcmalar Palatasının və Lordlar Palatasının spikerlərinin rəsmi məktubunda deyilir. Böyük Britaniyadakı bütün digər akkreditə olunmuş rus diplomatları və rəsmilərinə də şamil edilən qadağa Rusiyanın fevral ayında Ukraynaya təcavüzü başlayandan bəri qeyri-rəsmi olaraq qüvvədədir. Ancaq yalnız indi ilk dəfə yazılı […]

İdman

Ronaldunun iki milyonluq avtomobili qəzaya düşdü

Portuqaliyalı futbolçu Kriştianu Ronalduya məxsus “Bugatti Veyron” markalı avtomobil qəzaya düşüb. Lüks avtomobil İspaniyanın şərq sahilindəki Sa Koma kurortunda evin divarına çırpılıb. Maşını idarə edən “Mançester Yunayted”in hücumçusu deyil, onun köməkçisi olub. Adı açıqlanmayan sürücü xəsarət almayıb. Ronalduya gəlincə, onun ailəsilə birgə hazırda İspaniyanın Mayorka adasında olduğu, dünən böyük oğlunun ad gününü qeyd etdiyi bildirilib. […]

Dünya

Rusiyalılar silahla hədələyərək Xersonda seçici siyahılarını oğurladılar

Rusiyalı işğalçılar Xerson vilayətinin Dövlət Arxivindən 2019-cu il üçün seçici siyahılarını oğurlayıblar. Bu barədə Xerson vilayət polisi məlumat verib. “Müvəqqəti olaraq işğal olunmuş Xerson şəhərində işğalçı hakimiyyət nümayəndələri Xerson vilayətinin Dövlət Arxivinə soxularaq 2019-cu il üçün seçici siyahıları əks olunan seçki sənədlərini oğurlayıblar. İlkin versiyaya görə, Xerson şəhərinin və vilayətinin seçicilərinin şəxsi məlumatlarından işğalçılar Ukraynanın […]