İdman

Təbrizin “Traktor” klubuna yeni baş məşqçi təyin edildi

Təbrizin “Traktor” futbol klubunun rəhbərliyi təcrübəli mütəxəssis Qurban Berdıyevin baş məşqçi və texniki direktor vəzifələrinə təyin olunduğunu açıqlayıb. Qeyd edək ki, iyunun 6-da 69 yaşlı mütəxəssislə “Kayrat”ın rəhbərliyi qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoymaq barədə razılığa gəliblər. Qazaxıstanın “Kayrat” klubu Qurban Berdıyevin rəhbərliyi altında 2021-ci il mövsümündə Qazaxıstan Kubokunun qalibi olub və ölkə çempionatının bürünc mükafatını […]

Dünya

Moskvada minik avtomobili piyada zolağında üç nəfərə çırpıldı – VİDEO

Rusiyanın paytaxtı Moskvada minik avtomobili piyada zolağında yolu keçmək istəyən insanlara çırpılıb. Moskva şəhər Nəqliyyat Departamenti qəza anını əks etdirən kadrları yayıb. İlkin məlumata görə, yol nəqliyyat hadisəsi nəticəsində üç piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerində yol polisi və əməliyyat-istintaq qrupu işləyir. Mənbə: Rosbalt Xeberal.az

Dünya

“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini silib – FOTO

“YouTube” videohostinqi Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra yalan xəbərlər yayan rusiyalı jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib. Bu barədə layihənin “Telegram” kanalında bildirilib. Silinməyə səbəb səhifədə Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun olmayan süjetlərin yayımı olub. Qeyd edək ki, hazırda videoservisdə “Wargonzo”nun yeni səhifəsi fəaliyyət […]

Dünya

Boris Conson əməliyyat olunub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Conson xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Məlumatına görə, əməliyyat ümumi anesteziya altında aparılıb və öncədən planlaşdırılıb. Baş nazirin rəsmi nümayəndəsi Consonun Londondakı klinikalardan birində əməliyyat olunduğunu bildirib. O, əməliyyatın burun çəpəri ilə bağlı olduğunu da bildirib. Consonun səhər saat 6-da evindən çıxdığı və səhər saat […]

Dünya

Alimlər fəza ilə zamanı təhrif edən qalaktikaların nəhəng toplusunu qeydə alıblar

“Hubble” teleskopundan istifadə edən alimlər nəhəng qalaktikalar toplusunun fotosunu çəkiblər. Bu toplu o qədər böyükdür ki, zamanı və fəzanı təhrif edir. Foto rəsədxananın saytında dərc olunub. “Abell 1351” adlı kütləvi iri toplusunun şimal yarımkürəsində, Böyük Ayı bürcündə yerləşdiyi bildirilir. Bu görüntü işıq zolaqları ilə doludur və bu zolaqlar özlüyündə uzaq qalaktikaların təsviridir. Zolaqlar – astrofiziki hadisə […]

Dünya

Türkiyə hotelində Rusiyanın xəbər kanallarının yayımı dayandırılıb

Rusiyanın TourDom.ru saytının oxucusu Yelizaveta redaktorlara bu yaxınlarda Kəmər yaxınlığındakı “Zena Resort” hotelində baş vermiş insidentdən danışıb. Xanımın sözlərinə görə, onun hotelə gəldiyindən iki gün sonra burada “Rossiya-24” və “RTR Planeta” kimi xəbər kanallarının yayımı dayandırılıb. Hotelin meneceri bunun sanksiyalarla bağlı olduğunu deyib. Həmçinin, Yelizaveta hoteldə Polşa, Slovakiya və Ukraynadan çoxlu turistlərin olduğunu və onlarla […]

Dünya

İsrail İranın təhdidlərinə qarşı ABŞ-la “Yaxın Şərq HHM alyansı” yaradacaq

İsrail və ABŞ “Yaxın Şərq hava hücumundan müdafiə alyansı” yaratmaq üzərində işləyirlər. Bu barədə İsrailin müdafiə naziri Benni Qantz bildirib. ABŞ Prezidenti Co Baydenin iyulun 13-14-nə ölkəyə planlaşdırılan səfəri zamanı bu mövzunun müzakirəsi planlaşdırılır. Knessetin (parlament) xarici işlər və müdafiə komitəsinin iclasında danışan Qantz bildirib ki, bu hava hücumundan müdafiə alyansı “İranın İsraili və regiondakı […]

MARAQLI

Nəhəng ilanla güləş sosial şəbəkə istifadəçilərini heyrətləndirdi – FOTO/VİDEO

İlan ovçularının 200 kq-lıq pitonla güləşmələrini əks etdirən kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən heyrətlə qarşılanıb. Görüntüləri ilan ovu ilə məşğul olan gənclərin özləri qeydə alıblar. Sosial media fenomeni sayılan dostlar otların arasında torbada olan ilanları çıxarıb açıq təbiətə buraxmaq istəyirlər. Ancaq bu cəhd güləş səhnəsini xatırladan maraqlı görüntülərlə yadda qalıb. “Haber Global” otların arasında gedən həmin “ölüm-dirim” […]

Dünya

Məşhur investorla nahar yeməyi üçün 19 milyon dollar ödədilər

Anonim bir maliyyəçi investor Uorren Baffett ilə xüsusi steyk yemək üçün rekord məbləğ – 19 milyon dollar ödəyib. İnvestisiya bazarının əfsanəsi ilə nahar etmək imkanı hərraca çıxarılıb. Hərrac iyunun 12-də 25 min dollarla başlayıb, anonim iştirakçıdan 19 milyon 100 min dollarla başa çatıb. Hərracın qalibi Baffet ilə naharda görüşərək steyk yeyə biləcək. Bundan əvvəl Uorren Baffetin dünyanın ən […]

Mədəniyyət

Sovet dövrü uşaqlarının sevimli qəhrəmanı barədə ilk tizer yayımlandı – VİDEO

Sovet dövründə ən tanınmış cizgi film qəhrəmanlarından biri olan “Çeburaşka” barədə tammetrajlı filmin ilk tizeri yayımlanıb. Serqey Qarmaş və Yelena Yakovlevanın baş rollarını oynadığı filmdə uzaq diyarlarda portağal vadisində yaşayan Çeburaşkanın macəralarından danışılır. Rusiya istehsalı olan film 2023-cü il yanvarın ilk günündə nümayiş olunacaq. Mənbə: Smotrim.ru Xeberal.az