Siyasət

Özbəkistan Prezidenti: “Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb”

Əlbəttə, bizim bugünkü razılaşmalarımız onu göstərir ki, biz bugünkü nailiyyətlərimizi gələcəkdə real həyata tətbiq edəcəyik. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bu gün görülən bütün işlər iki xalqın rifahı naminədir. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib. “Biz çox gərgin dövrdə yaşayırıq. Əlbəttə, bu gün hər bir […]

Siyasət

İlham Əliyev: “Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik, özbək xalqının uğurlarına sevinirik”

“Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatı zamanı səsləndirib. Qazanılmış bütün nailiyyətlər münasibətilə qardaş özbək xalqını bir daha təbrik edən dövlətimizin başçısı deyib: “Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. […]

Dünya

Avropa kömürə keçmək üçün təcili planlar təqdim edir

Avropa ölkələri təbii qaz tədarükünün məhdudlaşdırılmasına səbəb ola biləcək və kömürlə işləyən enerji mənbələrinə qayıtmaq siqnalı verən fövqəladə planlar hazırlayıb. Belə ki, Niderland və Danimarka elektrik enerjisinin kəsilməsi ilə bağlı fövqəladə vəziyyət planları üzərində işlədiklərini bildiriblər. İtaliya enerji sektorunda yüksək xəbərdarlıq rejimi elan etməyi düşünür. Fövqəladə hallar yaranan zaman İtaliya sənaye obyektləri arasında qaz tədarükünü […]

İdman

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib. Komandanı rumıniyalı Laurensiu Regekamf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub.  Regekampf “Neftçi” ilə 2 illik müqaviləyə imza atb. Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında […]

Manşetüstü

“Haber Global”ın “Nurçu” sahibinin bahalı saat kolleksiyası – Anar Əlizadənin yarımmilyonluq hədiyyəsi

Bir zamanlar lüks avtomobillərə olan marağı ilə diqqət çəkən “Habel Global”ın idarə heyətinin sədri Elnur Abdullayev indi də bahalı saatları ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb. Paytaxt.org bildirir ki, 32gun.az-a verilən məlumata görə, E.Abdullayev “Patek Philippe” və “Rolex” markalarına üstünlük verir. Onun kolleksiyasında olan “Patek Philippe” markasının “Gondalo” modelinin qiyməti 48.600 dollardır. Ən ucuz saatlarından […]

Siyasət

Mirziyoyev: “Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun”

“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun”. Bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. “Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və […]

Siyasət

Şavkat Mirziyoyev: “Özbəkistanda Azərbaycan muğamını nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər”

“Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim məqamları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır”. Bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. “Danışıqlarda regionlararası əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Bu gün bizim şəhərlər və regionlar arasında birbaşa əlaqələr üçün […]

İdman

“Çelsi” Lukakunu icarəyə verir

Romelu Lukaku “Çelsi”dən “İnter”ə keçir. İtaliya klubu 29 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürür. Sövdələşməyə satın alma imkanı daxil deyil. Artıq klublar müqavilənin demək olar ki, bütün detalları ilə bağlı razılığa gəliblər. “İnter” belçikalının icarəsi üçün 8 milyon avro ödəyəcək. Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə “İnter”də çıxış edib. O, keçən yay 115 milyon avroya […]

Siyasət

Prezident İlham Əliyev Özbəkistana səfərini sıçrayış xarakterli səfər adlandırıb

Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Bu barədə […]