Dünya

Britaniya Rusiya səfirinin parlament binasına girişini rəsmən qadağan etdi

Sharing is caring!

Rusiyanın Böyük Britaniyadakı səfirinin Vestminsterdəki parlament binalarına (saraya – red.) girişi qeyri-müəyyən müddətə qadağan ediləcək.

Bu barədə İcmalar Palatasının və Lordlar Palatasının spikerlərinin rəsmi məktubunda deyilir.

Böyük Britaniyadakı bütün digər akkreditə olunmuş rus diplomatları və rəsmilərinə də şamil edilən qadağa Rusiyanın fevral ayında Ukraynaya təcavüzü başlayandan bəri qeyri-rəsmi olaraq qüvvədədir.

Ancaq yalnız indi ilk dəfə yazılı şəkildə təsdiqlənib.

Məktubda qeyd olunur ki, Andrey Kelin Rusiya hökumətinin rəsmi olaraq akkreditə olunmuş nümayəndəsi kimi qeyri-müəyyən müddətə parlament binasında qəbul edilməyəcək.

Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, Rusiya ilə danışıqlar yalnız Rusiya qoşunları Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə baş tuta bilər.

Mənbə: Yevropeyskaya Pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir