Dünya

Belçika Patris Lumumbanın qızıl dişini Konqoya qaytardı

Sharing is caring!

Belçika keçmiş baş nazir və müstəmləkəçiliyə qarşı müqavimət hərəkatının fəalı Patris Lumumbanın dişinin Konqo Demokratik Respublikasına qaytarıldığını elan edib.

Lumumbanın qohumlarının iştirakı ilə keçirilən özəl mərasimdə ölkənin federal prokuroru üzərində qızıl taxma olan dişi qətlə yetirilən siyasətçinin yaxınlarına təhvil verib. Belçikanın baş naziri və Konqo rəsmiləri də siyasətçinin ailə üzvləri ilə görüşməlidirlər.

34 yaşlı Patris Lumumba 1960-cı ildə mütəqil Konqonun ilk baş naziri olub. O, 1961-ci ildə ölkənin gələcək diktatoru Mobutu Sese Sekonun tərəfdarları tərəfindən qətlə yetirilib. Onun cəsədi hissələrə bölünərək sulfat turşusunda əridilib. 2016-cı ildə Belçika səlahiyyətliləri siyasətçinin qızıl dişini Lumumbanın cəsədinin məhvinə nəzarət edən polis komissarının qızından müsadirə ediblər.

Dişin qaytarılması Belçika kralı Filipin Konqoya səfəri kontekstində baş verib. Monarx parlamentin iclasında iştirak edib və müstəmləkəçilik dövründən təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Konqo 1885-1960-cı illərdə Belçikanın nəzarəti altında olub. Bu müddət ərzində ağır istismar nəticəsində ölkənin əhalisi iki dəfə azalıb.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir