İqtisadiyyat

Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilir

Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilir. Oxu.Az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad ediləcək. Eyni zamanda, layihəyə əsasən, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən ediləcək. Qeyd edilib […]

İqtisadiyyat

Rəisinin erməni spikerlə görüşündəki bəyanatı: İranın klassik yanaşması niyə özünü doğrultmur? – TƏHLİL

Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirdi. İbrahim Rəisi Simonyanla görüşündə belə bir ifadə işlətdi: “İran Hind okeanı və Fars körfəzi, Qara dənizdən Avropaya qədər uzanan regionda yerləşən bölgə xalqları arasında yaxınlaşmanın gücləndirilməsini, sülh və rifahın təməllərini formalaşdıran yüksək geopolitik […]

İqtisadiyyat

Azərbaycanda “railway house”lara tələbat ARTIR: Hotel qiymətlərinə təsiri olacaqmı?

Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur. “Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib. Onun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar: “Düşünürəm ki, bu tendensiya regionlarda sahibkarlar tərəfindən […]

MARAQLI

Putinlə Dodikin görüşündə sinxron tərcüməçi söyüş söyüb – VİDEO

Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşü kuryoz hadisə ilə yadda qalıb. Belə ki, gecə yarısına kimi uzanan tədbirdə Milorad Dodikin söylədiyi uzun cümləni tərcümə edən sinxron tərcüməçi dərindən nəfəs alır və senzuradan kənar ifadə işlədir. Maraqlı kadr “Kremlinpool” “Telegram” kanalında yayımlanıb. “Tərcüməçinin işi çətindir”, – deyə kanalın müəllifləri videonun […]

Müsahibə

Qreq Vayner: “Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil” – ŞƏRH

“ABŞ iqtisadiyyatının gücü faktiki olaraq sarsılmazdır. Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil”. Bu sözləri amerikalı politoloq Qreq Vayner Rusiyanın dünyada iqtisadi sistemi məhv etmək imkanı barədə Oxu.Az-ın suallarını cavablandırarkən bildirib. O, bununla bağlı son günlərə aid bir nümunə də göstərib. “Bu yaxınlarda dünyanın ən bahalı korporasiyalarının adları açıqlanıb. Bunlar “Apple”, “Google”, “Amazon” və […]

Müsahibə

Fitnes məşqçi stereotipləri alt-üst etdi: “Biz sehrbaz deyilik, hamı kimi insanıq” – FOTO + MÜSAHİBƏ

İdmanı gündəlik həyat tərzinə çevirənlər də var, qışda doyunca yeyib yay gələndə təlaşa düşənlər də. Xüsusilə çimərlik mövsümü yaxınlaşırsa, bir qrup insanlar artıq çəkilərini qısa zamanda atıb çimərlik geyimində gözəl görünmək üçün canfəşanlıq edirlər. Daimi idman, ciddi pəhriz bədəni arıqladıb, tonusda saxlayırsa da, çoxlarının şikayət etdiyi mədə, şişkinlik qalmaqda davam edir. Həm kişiləri, həm də qadınları […]

Müsahibə

Təbrik mesajı ilə başlayan sevgi hekayəsi: “Məni ilk görüşdən özünə bağlaya bildi” – FOTO

Beş ildir ki, ailəlidirlər, bir övladları var. Sevgiləri isə bir təbriklə başlayıb. İndi həmin təbrik mesajları şəkil formasında evlərinin divarını bəzəyir. İlk mesajları onlar üçün əzizdir. Söhbət ARB telekanalının aparıcısı Rahil Sayadoğlu və xanımı, müəllim Aynur Kərimovadan gedir. “Kaspi” qəzeti onlarla o mesajları yazdıqları zamandan bu günə qədər yaşadıqları barədə söhbətləşib. İlk addımı atan Rahil […]

Müsahibə

Nahidə Orucova: “Aktyora “TikTok” lazım deyil, insan gərək özünə hörmət etsin” – MÜSAHİBƏ + FOTO

“TikTok”da normal adam görə bilmirsən. Kim nə giclik etmək istəsə, gedir “TikTok”da edir. Olmaz belə. Pis tərəfi də odur ki, aralarında aktyorlar da var. Onlara yaraşdırmıram: Sən onsuz da efirdə, səhnədəsən, aktyora “TikTok” lazım deyil. Pul hamıya lazımdır, əsas gərək insan özünə hörmət etsin”. Bunu Oxu.Az-la söhbətində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Nahidə Orucova deyib. […]

Cəmiyyət

Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub, ölən var – FOTO

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, altı nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib. Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 151 nəfər […]

Cəmiyyət

Liftin qırılması zamanı övladı və nəvəsi xəsarət alan vəzifəli şəxs detalları açıqladı – YENİLƏNİB + VİDEO

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alanların arasında Milli Məclisin işlər müdiri Firudin Hacıyevin qızı ilə nəvəsi də olub.  F.Hacıyev bəzi detalları Baku TV-yə danışıb:  10:37 Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, xəsarət alanlardan […]