Müsahibə

Qreq Vayner: “Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil” – ŞƏRH

Sharing is caring!

“ABŞ iqtisadiyyatının gücü faktiki olaraq sarsılmazdır. Dünya amerikamərkəzlidir və heç kim bunu dəyişmək iqtidarında deyil”.

Bu sözləri amerikalı politoloq Qreq Vayner Rusiyanın dünyada iqtisadi sistemi məhv etmək imkanı barədə Oxu.Az-ın suallarını cavablandırarkən bildirib.

O, bununla bağlı son günlərə aid bir nümunə də göstərib.

“Bu yaxınlarda dünyanın ən bahalı korporasiyalarının adları açıqlanıb. Bunlar “Apple”, “Google”, “Amazon” və “Microsoft”dur. Onların hamısı ABŞ-ındır, ümumi dəyərləri trilyonlarla dollarla qiymətləndirilir. Bəs (Rusiyanın – red.) vəd etdiyi yeni nizam, ABŞ-ın sınmış iqtisadiyyatı hanı? Yardım istəyən ABŞ haradadır?”, – deyə o, bildirib.

Politoloq qeyd edib ki, Birləşmiş Ştatlar bütün dünyanın qərarlarına təsir edə bilər və nə Çin, nə də başqa ölkə heç nəyi dəyişə bilməz.

“Yeri gəlmişkən, Çin haqqında. Payızda orada maraqlı hadisələr baş verəcək: Çin Kommunist Partiyasının qurultayı keçiriləcək, hakimiyyət uğrunda çox ciddi mübarizə gözlənilir. ÇXR rəhbəri yoldaş Si Cinpini daha qərbyönlü biri ilə əvəzləmək istəyənlər çoxdur. Əgər Çində rəhbərlik dəyişsə, o zaman dünyada çox şey dəyişəcək və Rusiya güclü tərəfdaşsız qalacaq”, – deyə Vayner sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir