Cəmiyyət

Nazirlikdə yeni təyinat

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. Oxu.Az-ın məlumatına görə, Zaur Zeynalov nazirin müşaviri təyin edilib və bu vəzifənin icrasına 2022-ci ilin iyunundan başlayıb. Qeyd edək ki, o, bundan öncə bir şirkətlərdə hüquq üzrə fəaliyyət göstərib. Z.Zeynalov həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və 15 ildir, vəkillik üzrə fəaliyyət göstərib. Xeberal.az

Siyasət

Sahibə Qafarova Türkiyəyə gedir

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Parlamentlərarası İttifaqın və […]

Dünya

İranda F-14 qırıcısı qəzaya uğrayıb – VİDEO

İran Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcı təyyarəsi İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot və köməkçisi hadisədən yaralanıblar. Bu barədə ordunun İsfahandakı ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rəsul Motəmədi bəyan edib. Onun sözlərinə görə, səhər saatlarında baş verən qəzaya səbəb mühərrikdəki texniki nasazlıq olub. Pilot və köməkçisi vaxtında katapult edə biliblər, ancaq eniş zamanı yaralanıblar. Zərərçəkənlər […]

Dünya

Mariupolda sakinlər küçələrdəki gölməçələrdən su daşıyırlar – VİDEO

Mariupolda insanlar texniki suyu küçələrdəki gölməçələrdən götürməli olurlar. Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat verib. “İçməli su problemi geniş vüsət alır… Xüsusən də işğalçıların su təchizatının bərpası barədə məlumat verdikləri yerlərdə”, – deyə müşavir bildirib. Onun sözlərinə görə, insanlar küçələrdə boruların qırılması nəticəsində yaranan gölməçələrdən texniki suyu toplayır və gündəlik yaşayışda istifadə edirlər. […]

Cəmiyyət

Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? – ARAŞDIRMA

Rusiya-Ukrayna münaqişəsi nəticəsində dünyada ərzaq zəncirində bəzi məhsullar kəskin bahalaşıb, həmin məhsullardan biri, ərzaq səbətində mühüm yer tutan günəbaxan (bitki) yağıdır. Azərbaycanda bitki yağının qiyməti ötən illə müqayisədə iki dəfəyə yaxın bahalaşıb. Bitki yağının istehsalında günəbaxan toxumu əsaslı rol oynayır. “Report” ölkədə günəbaxan toxumunda istehsal və idxal vəziyyətini araşdırıb. Dünyada günəbaxan toxumu istehsalında vəziyyət necədir? 2021-2022-ci kənd […]

Siyasət

Çau Çak Vinq: “IX Qlobal Bakı Forumu nailiyyətlərinə görə həm səmərəli, həm də təqdirəlayiq oldu”

“Dünyamız tarixin yol ayrıcında dayandığı bir dövrdə bütün üzvlər tərəfindən irəli sürülən dəyərli fikirlər dünyanın idarə edilməsində önəmli rol oynayır. Ümid edirəm ki, biz birləşərək dünyanı sülh və inkişaf yoluna çıxara bilərik”. “Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri, Avstraliya-Çin Dostluq və Mübadilə Assosiasiyasının prezidenti, Kingold Qrupunun təsisçisi və sədri […]

Kriminal

Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara DİN-dən cavab

Şəmkir rayonunda iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Belə ki, mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər.  İddialarla bağlı “Qafqazinfo”nun sorğusunu DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, bütün iddialar əsassızdır, […]

Siyasət

“Azərbaycanda dövlət səviyyəsində milli-mənəvi dəyərlərimiz qorunur, təbliğ olunur” – RƏY + FOTO

“Azərbaycanda dövlətin dinə münasibəti hər zaman inkişaf edib. Hər zaman ölkəmizdə dinimizə, milli-mənəvi dəyərlərimizə böyük diqqət və qayğı olub. Hər zaman Prezident İlham Əliyev, eləcə də Mehriban Əliyeva bu məsələyə olduqca həssas yanaşıblar və milli-mənəvi dəyərlərimizin qorunması dövlətimizin siyasətində prioritet istiqamətlərdən biri olub. Biz işğaldan azad edilmiş ərazilərdə də bu diqqət və qayğını hissi edirik”. Bunu “Report”a Milli […]

Cəmiyyət

Küçələrdə batan məhsulun faydalı və təhlükəli tərəfləri – FOTO

Bir çoxları hesab edirlər ki, yol kənarında bitən ağacların barı toplanmalı və istehsala yönəlməlidir. Ancaq ekspertlər bu fikirlə razılaşmırlar. Onlar iddia edirlər ki, o ağacların məhsulu ekoloji cəhətdən yararlı deyil.  Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Meyvə mövsümündə Bakıda və regionlarda yol kənarında xeyli sayda müxtəlif növ meyvə ağaclarına rast gəlmək olar. Bu meyvələrdən yol kənarından […]

Dünya

“Bitcoin”in qiyməti 2020-ci ildən bəri ilk dəfə 20 000 dollardan aşağı düşdü – CƏDVƏL

İyunun 18-i “Bitcoin”in dəyəri 2020-ci ildən bəri ilk dəfə 20 000 dollardan (34 min manat) aşağı düşüb. Bakı vaxtı ilə 11:52-yə olan məlumata görə, kriptovalyuta 19 254 dollar (32,7 min manat) qiymətləndirilib. “Bitcoin”in ardınca digər kriptovalyutaların qiymətində azalma qeydə alınıb. Xüsusilə, “Ethereum” qısa müddət ərzində 1 000 dollardan (1,7 min manat) aşağı düşüb. Mənbə: Minfin.com Xeberal.az