Cəmiyyət

Liftin qırılması zamanı övladı və nəvəsi xəsarət alan vəzifəli şəxs detalları açıqladı – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alanların arasında Milli Məclisin işlər müdiri Firudin Hacıyevin qızı ilə nəvəsi də olub. 

F.Hacıyev bəzi detalları Baku TV-yə danışıb: 

10:37

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:

“Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.

10:26

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radələrində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan dörd qadın və iki azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir