Dünya

Türkiyə Davos forumunu boykot edib

Sharing is caring!


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərindən Davosda Dünya İqtisadi Forumunu buraxmağı xahiş edib.

Məlumata görə, forumda Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək iştirak etməli idi, lakin Ərdoğan buna icazə verməyib.

Bildirilib ki, müvafiq qərara tədbir təşkilatçılarının Qəzza zolağında baş verənlərlə bağlı mövqeyi səbəb olub.

Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyib.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir