İdman

“Qarabağ” yoxlama oyununda “Zirə”ni məğlub edib

Sharing is caring!


“Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Oxu.Az-ın məlumatına görə, qarşılaşma “Azərsun Arena”da gerçəkləşib.

Dörd hissədən (45+25+45+25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurub. Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 111-ci dəqiqədə Redon Cica komandasının üçüncü qoluna imza atıb. 120-ci dəqiqədə Nəriman Axundzadə fərqlənib.

Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib – 2:1. “Qarabağ” isə klubun əvəzedici komandasını 7:2 hesabı ilə üstələyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir