İdman

“Bursaspor”la aşağı diviziona düşən futbolçu Azərbaycana qayıtdı – VİDEO

Millimizin futbolçusu Namiq Ələsgərov karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Oxu.Az xəbər verir ki, o, “Sabah”a keçib. Ötən mövsümü Türkiyə I divizionunda “Bursaspor”un heyətində keçirən Ələsgərov yeni komandası ilə üç illik müqavilə imzalayıb. O, “Sabah”da 17 nömrəli formanı geyinəcək. Qeyd edək ki, avrokuboklardan kənar qalan və yeni mövsümə iddialı başlamaq istəyən “Sabah” bunadək Tellur Mütəllimov, Anatoli […]

İdman

Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənc karateçilərin 49-cu Avropa çempionatı start götürəcək. Oxu.Az xəbər verir ki, 17-19 iyun tarixlərində keçiriləcək yarışın ilk günü kata üzrə bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq. Kata çıxışlarında Turan Əhmədzadə və Ramilə Heydərova (14-15 yaşlı yeniyetmələr) və Həsənəli Həsənov (21 yaşadək […]

Müharibə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ + VİDEO

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.   Xeberal.az

Kriminal

15 baş qoyunu “07” ilə oğurladılar – FOTO

Lənkəranda ferma və otlaq sahələrindən qoyunlar oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurluğu etməkdə şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə saxlanılıblar. İlkin araşdırma zamanı məlum olub ki, E.Ağazadə […]

İdman

Rəşad Nəbiyev Yevlaxda cüdo üçün bazanın təkmilləşdirilməsini tapşırdı – FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb. Oxu.Az xəbər verir ki, görüş zamanı məlumat verilib ki, Yevlaxda 120-ə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olurlar. Federasiya prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar […]

İdman

Bakıdakı Dünya Kubokunu ən çox izləyən ölkələr müəyyənləşib

27 may – 7 iyun tarixlərində Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunun 30 finalını 165 min insan izləyib. Oxu.Az-ın xəbərinə görə, bu göstərici Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının internet resurslarındakı (“Livstrim”, “Feysbuk”, “Yutub”) baxış sayına əsasən müəyyənləşib. Ən çox kişilərin finalı izlənilib. Daha sonra bu göstəricidə qadınlar və qarışıq komandaların finalları gəlir. Paytaxtımızdakı yarışı internet resurslarından […]

MARAQLI

Günə 30 qablaşdırma “Pepsi” içən britaniyalı: “Heç nə bu zövqü üstələyə bilməzdi”

“Pepsi” içkisindən asılı olan britaniyalı günə 30 dəmir qablaşdırmada sərinləşdirici qazlı maye qəbul edib. 41 yaşlı Endi Karri adlı kişi bildirib ki, bu vərdiş ona ildə 8 min dollar (13 min manata) başa gəlib. E.Karri “Pepsi”ni ilk dəfə 21 yaşı olanda dadına baxıb: “Bu içkinin dadına sözün əsl mənasında aşiq oldum. Mənim üçün heç nə […]

MARAQLI

Avropalıların yarısını məhv edən “qara ölüm”ün mənşəyi müəyyənləşib – FOTO

Müasir Qırğızıstan ərazisində yerləşən orta əsrlərə aid məzarlıqlardakı insan qalıqlarının DNT-si sekvensiyası 14-cü əsrdə “qara ölüm” adlanan taun epidemiyasının məhz buradan Avropaya keçdiyini göstərir. Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Qazaxıstan və Rusiyadan olan alimlərin araşdırmasından məlum olur. Onların bununla bağlı tədqiqatları “Nature” jurnalında dərc edilib. Məqalədə bildirilir ki, elm adamlarının diqqətini Qırğızıstanın Çuy vilayətindəki 1338-1339-cu […]

Müsahibə

Mahir Məmmədov: “Şəhriyar Teymura qalib gəlsəydi, yenə də tənqidçilər fərqli fikir söyləyəcəkdilər” – MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinin suallarını cavablandırıb. Oxu.Az sözügedən müsahibəni təqdim edir: – Azərbaycan çempionatının açılış mərasimində veteran şahmatçılarla görüşünüz maraqlı anlarla yadda qaldı. Federasiyanın gələcəkdə veteran şahmatçılarla bağlı hansı planları var? – Biz daim veteran idmançılarımızı diqqətdə saxlayırıq, bundan sonra da onların yarışlarda iştirakına kömək edəcəyik. […]

Müsahibə

Avropa çempionu olan millimizin baş məşqçisi: “Dünya çempionatında da iştirak edəcəyik” – MÜSAHİBƏ

Slovakiyanın Koşitse şəhərində Avropa çempionu olmuş minifutbol millimizin baş məşqçisi Elşad Quliyevin Oxu.Az saytına müsahibəsi. – Bildiyimizə görə, qrupdan çıxmaq əsas hədəf idi. Avropa çempionluğu özünüz üçün də gözlənilməz olmadı? – Bəli, əsas hədəfimiz qrupdan çıxmaq idi. Slovakiyaya getməzdən əvvəl müsahibəmdə demişdim ki, qrupdan çıxsaq, yarımfinaladək irəliləyə bilərik. 1/8 finalda İsraili məğlub edəndən sonra niyə […]