Dünya

Rusiya paytaxtında yerləşən qədim yaşayış evində güclü yanğın baş verib – VİDEO

Rusiyanın paytaxtı Moskvada, şəhərin mərkəzində yerləşən yeddi mərtəbəli qədim yaşayış evində güclü yanğın baş verib. Qeyd olunur ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. İlkin məlumata görə, yanğının sahəsi təxminən 400 kvadratmetrdir sahəni əhatə edib. Yanğının baş verdiyi küçədə hərəkət birtərəfli qaydada məhdudlaşdırılıb. Mənbə: Kp.ru Xeberal.az

Cəmiyyət

Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var – FOTO

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. “Report”un Fransa bürosu xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar. Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV” kanalına etirazlarını […]

Dünya

Aralıq dənizində boğulmaq təhlükəsi ilə üz-üzə qalan 17 afrikalı miqrant xilas edildi – VİDEO

İspaniyanın qeyri-hökumət təşkilatının üzvləri Aralıq dənizində Afrika ölkələrindən olan 17 miqrantın həyatını xilas ediblər.  Qeyd olunur ki, Liviya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları miqrantların olduğu gəmini geriyə qaytarmaq istəyib. Lakin imiqrantlar geri qayıtmaq istəmədiklərindən özlərini dənizə ataraq qaçmağa cəhd ediblər. Mənbə: İhlas Haber Ajansı (İHA) Xeberal.az

MARAQLI

Balıq satıcısı yeni “ovu” ilə hər kəsi təccübləndirdi – FOTO

Şotlandiyada balıq satıcısı Mikel Kempbell uzunluğu 213 santimetr olan tunes balığı alıb. Çəkisi 150 kiloqram olan nəhəng balıq Barselona yaxınlığında tutulub. O, bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib. Kembellin sözlərinə görə, Barselonada balıq barədə məlumat alandan onun Britaniyaya çatdırılmasına qədər yata bilməyib. O, balığı dörd nəfərin daşıdığını, doğramağın isə iki saat vaxt aldığını […]

Dünya

SOCAR-la Avropa İttifaqı arasında qaz təchizatının artırılmasına dair müzakirələr aparılıb – FOTO

Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə nümayəndələri SOCAR rəsmiləri ilə görüşüb. Bu barədə qurumun komissarı Oliver Varhelyi “Twitter“də paylaşım edib. “Qaz təchizatı marşrutlarımızın şaxələndirilməsini genişləndirmək üçün fərqli mənbələrdən Avropaya və onun qonşuluğuna daha çox qazın nəqli ilə bağlı TAP və SOCAR-la məhsuldar müzakirəmiz oldu”,- deyə Oliver Varhelyi qeyd edib. Productive discussion with ⁦@tap_pipeline⁩ and […]

Siyasət

İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə xatirə fotosu çəkdirildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin IX Qlobal Bakı Forumunu açaraq dedi: […]

Cəmiyyət

Bakıda ikimərtəbəli binada yanğın olub – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda ikimərtəbəli binada yanğın olub. “Report” xəbər verir ki, yanğın Xətai rayonu, İ.Orucova küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə qeydə alınıb. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 avtomobil və 30 nəfərlik şəxsi heyəti çağırış üzrə cəlb olunub. Yanan sahə 50 kvadrat taxta konstruksiyalı evi əhatə edir. Hazırda yanğın söndürülüb, soyutma […]