İdman

Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

Sharing is caring!

Bu gün Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənc karateçilərin 49-cu Avropa çempionatı start götürəcək.

Oxu.Az xəbər verir ki, 17-19 iyun tarixlərində keçiriləcək yarışın ilk günü kata üzrə bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq.

Kata çıxışlarında Turan Əhmədzadə və Ramilə Heydərova (14-15 yaşlı yeniyetmələr) və Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (+70 kq), Fatimə Məmmədova (-47 kq), Səbinə Fərzəli (-54 kq) və Sofiya Hüseynli (+54 kq) mübarizə aparacaqlar.

16-17 yaşlı gənclər və 21 yaşadək gənclərin ilkin yarışları sabah, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir