İdman

Azərbaycan millisi bu gün Avropa çempionatının finalına çıxa bilər

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komandamız finala çıxmaq üçün 1/4 finalda macarlara penaltilərdə qalib gəlmiş Qazaxıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cütün qalibi finalda Bolqarıstan – Rumıniya duelinin güclüsü ilə qarşılaşacaq. […]

Müharibə

Komando bölmələrinin taktiki-xüsusi təlimlərindən görüntülər – VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. […]

Cəmiyyət

Qanunsuz tikintilərin qarşısı alındı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. Nazirlikdən bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində sahibi məlum olmayan ərazidə müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib. Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, […]

İqtisadiyyat

Tələbələr təhsil haqlarını ödəyə bilmirlər: Çətinliklə bağlı akademik məzuniyyət götürənlərin sayı AÇIQLANDI

Ötən il təhsil haqqını ödəyə bilməyən tələbələrin sayı açıqlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub. Belə ki, ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb. Bunlardan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası […]

İdman

Nazirlikdən yeni reytinq cədvəli: Bədii gimnastlarımız ilk sıraya yüksəldilər

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Oxu.Az-ın xəbərinə görə, ötən ayla müqayisədə ilk üçlükdə dəyişiklik baş verib. Qrup hərəkətləri üzrə bədii gimnastika komandası güllə atıcısı Ruslan Lunyovu liderlikdən salaraq birinci sıraya yüksəlib. Üçüncü sıraya isə əvvəlki ayda heç ilk onluqda yer almayan Zöhrə Ağamirova […]

Siyasət

Bakıda prezidentin göstərişi ilə sökülən qanunsuz parklanma yerində ağac əkildi – FOTO

Bakının mərkəzində yaradılan və bir neçə gün əvvəl sökülən qanunsuz parklanma yerində Bakı şəhəri Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ərazidə xan çinarı ağacı əkilib. Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanından gedir. Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin […]

Dünya

Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL

İki NATO üzvü – Türkiyə ilə Yunanıstan arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir. Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər bunlardır: – Yunanıstan Egey dənizindəki adaları silahlandırır, – Türkiyə bunu Lozanna və Paris müqavilələrinə zidd hesab edir. Bununla da, həmin adalara suverenlik iddiaları irəli sürür,   – Şərqi Aralıq dənizindəki enerji […]

Dünya

ABŞ-da daha bir atışma: Ölən və yaralananlar var – FOTO/VİDEO

ABŞ-da daha bir atışma hadisəsi baş verib. Bu dəfə faciə Merilend ştatının Smitsburq şəhərində yerli müəssisələrin birində baş verib. Naməlum şəxs “Columbia Machin” zavodunun ərazisinə soxularaq insanlara atəş açıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər (bəzi mənbələrdə 4 nəfər) yaralanıb. Daha sonra şübhəli şəxs avtomobillə qaçmağa çalışıb. Təqib zamanı polislər silahdan […]

Kriminal

Şirvanda çörəkbişirmə sexindən 13 minlik oğurluq: Saxlanılan var

Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində yerləşən və fəaliyyəti dayandırılan çörək bişirmə sexlərinin birindən oğurluq edilməsi və müəssisəyə 13 370 manat maddi ziyan vurulması barədə məlumat daxil olub. Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış […]