Hadisə

IDARƏ MÜDİRİ ŞƏHİD ANASINA FAHİŞƏ DEDİ BEYLƏQANDA. SƏS YAZISI

Reportyor.org olaraq qeyd edək ki, şəhid anası 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidimiz, Beyləqan rayonunun Kəbrli kəndinin şəhidi Rüstəmov Elnur İsmayıl oğlunun anasıdır. Və Azim Kərimovla həmkəndlisidir. Bəs buna Zaur Mikayılov nə deyəcək? Meliorasiya və Su Təsərrüfatı ASC-nin  Beyləqan SSİ-nin müdiri Azim Kərimov o qədər harınlayıb ki,  hatta şəhid anasını belə soyub təhqir edir, otaqdan qovur.  […]

Kriminal

Polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi AÇILDI

Gəncə şəhərində avtomobilin piyadanı vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, hadisə iyunun 8-i saat 22 radələrində şəhər ərazisində, Gəncə-Şəmkir şosesi istiqamətində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü İsmayılov Röyal Zöhrab oğlu idarə etdiyi “KİA Forte” minik markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1982-ci il təvəllüdlü Namazov Şöhrət […]

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 131 dolları keçdi

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 0,87% artaraq, 131,15 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 […]

Kriminal

Bakıda 19 yaşlı oğlanı qətlə yetirən gənc tutulub

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib. Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, iyunun 9-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan […]

Kriminal

Bakıda xəstə baxıcısı evdən 200 minə yaxın pul oğurlayıb

Bakıda çalışdığı evdən oğurluq edən qadının məhkəməsi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ev sahibinin evindən 178 min manatlıq oğurluq edən xəstə baxıcısı beş il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə iki il sınaq müddəti olmaqla cəzası şərti hesab edilib. Qeyd edək ki, Nigar Qulamova […]

MARAQLI

Məhkəmə binasında qanlı qarşıdurma: Müttəhimin nəzarətçilərə hücum anı kamerada – FOTO/VİDEO

Rusiyada məhkəmə binasında müttəhim nəzarətçiyə və məhkəmə icraçısına silahlı hücum edib. Baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb. Hadisə Rostovda müttəhim İvan Kostyukovu məhkəmə binasından çıxarmaq istəyərkən baş verib. Kadrlarda ilk olaraq dəhlizdə müttəhimlə nəzarətçi arasında mübarizə görünür: Kostyukov əlindəki iti əşya ilə hüquqmühafizəçiyə azı 15 dəfə vurur (Onun iti əşyanı necə gətirə bildiyi məlum […]

MARAQLI

Buldoq üzlü yeni dinozavr növünün qalıqları tapılıb – FOTO

Misirdə buldoqlara bənzəyən üz quruluşu olan abelizavridlər ailəsindən yeni yırtıcı dinozavr növünün qalıqları tapılıb. Bu dinozavr növünün digər xüsusiyyəti kiçik dişləri və çox kiçik yuxarı ətraflarıdır. Paleontoloqların fikrincə, yırtıcı 6 metr uzunluğunda olub və üçbarmaqlı iki ayaqları üzərində hərəkət edib. Tapılan qalıqların təxminən 98 milyon il əvvəl yaşamış dinozavrlara aid olduğu da qeyd edilir. Bu […]

Siyasət

Şuşa Bəyannaməsinin ildönümü Qarabağda qeyd ediləcək

“Azərbaycan və Türkiyə arasında ötən il imzalanmış və rəsmən müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə gələn həftə hər iki ölkədən olan rəsmilər Şuşada toplanacaq”. Bu barədə “Report”un yerli bürosuna eksklüziv açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib. Nazir müavini qeyd edib ki, qarşıdaki həftə Şuşada baş tutacaq tədbirdə Türkiyə […]

Kriminal

Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb

Bakıda 35 yaşlı kişi bıçaqlanıb. “Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bacısı oğlu ilə (ad və soyad dəqiqləşdirilir-red) mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Y.Abıyevin vəziyyəti ağır olduğundan o […]