İdman

Millimiz Slovakiya ilə bacarmadı – FOTOREPORTAJ

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komandamız C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb. “Global Photo Stock”un əməkdaşının oyundan lentə aldığı kadrları təqdim edirik: Daha çox şəkil burada: Photostock.az Xeberal.az

Araşdırma

3 ayda 17 tenderin qalibi olan “MSDIS Holding” MMC-nin 200 mindən çox VERGİ BORCU VAR – TƏFƏRRÜAT

Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Xəbəral.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “MSDIS Holding” MMC olub. Ağsu Suvarma Sistemləri İdarəsi “MSDIS Holding” MMC-dən 3 310 kub metr həcmində beton qarışıqığı (M-200) satın alacaq və əvəzində 248 min 252 manat 65 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi 1 kub metr beton […]

Cəmiyyət

İnternetdən avtomobil satmaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Avtomobilini satışa çıxaran Xəqani Hüseynovu tanımadığı şəxs aldadıb. Bu barədə Xəzər TV məlumat hazırlayıb. O, avtomobilini satmaq məqsədi ilə elan saytlarından birinə yerləşdirib. Bir müddət sonra avtomobili bəyənən şəxslərdən biri onu almaq məqsədilə Xəqani Hüseynovla görüşüb. Xəqani Hüseynov maşını satıb, amma pulunu almayıb. Təfərrüatları sujetdə izləyək. Avtomobilini satdı, lakin pulunu ala bilmədi. Paytaxt sakini Xəqani […]

Cəmiyyət

Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb? – DİN-dən AÇIQLAMA

Azərbaycanda xərçəng xəstəsi üçün yığılan pul oğurlanıb. Bu barədə zərərçəkmiş özü sosial şəbəkə hesabından məlumat yayıb. Belə ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsinə pul yığılan Aytən İsmayılzadə kartına toplanmış pulların oğurlandığını bildirib. O iddia edib ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını deyib. A.İsmayılzadə daha sonra pulun 2 min […]

Cəmiyyət

Ağsuda 21 yaşlı gənc intihar edib

Ağsuda intihar hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Ərəbuşağı kəndində qeydə alınıb. Belə ki, 21 yaşlı kənd sakini Ağayev Murad Bəhruz oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə […]

Cəmiyyət

Həmid Həmidov və Teymur Hüseynovdan Azərbaycanda “Sputnik” agentliyinin bağlanması ilə bağlı AÇIQLAMA – VİDEO

“Sputnik”in baş redaktoruna iş vizasının verilməməsi, agentliyin ölkədəki fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxara bilərmi? “RİA Novosti” məlum müsahibəni sildikdən sonra resursa girişi yenidən bərpa etməyə dəyərmi? Bu suallara Rusiya Federasiyasında bloklanan Caliber.Az informasiya-analitik portalının baş redaktoru Teymur Hüseynov və Caliber.Az-la yanaşı, həmçinin Rusiyada bloklanan Oxu.Az xəbər portalının da daxil olduğu “Global Media Group”un media direktoru Həmid […]

Cəmiyyət

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Xeberal.az

Dünya

Meymunçiçəyi daha bir Avropa ölkəsində aşkarlandı

Polşanın meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb. Bu barədə ölkənin səhiyyə naziri Adam Nedzielski açıqlayıb: “Bizdə 10-a yaxın meymunçiçəyi şübhəsi var, nümunələr araşdırılır. İyunun 10-u bizdə ilk yoluxma hadisəsinin olduğu gündür”. Öz növbəsində Polşa Səhiyyə Nazirliyinin mətbuat katibi Voytsex Andruseviç xəstənin xəstəxanada təcrid olunduğunu bildirib. Qeyd edək ki, ÜST daha əvvəl 27 ölkədə meymunçiçəyinə 800 […]

Cəmiyyət

Aqil M. Quliyev narkotikdən istifadə etməsindən danışdı – VİDEO

Cavanlığımın yarısı özümdən böyük qadınlarla münasibətdə keçib. Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışında qonaq olan rejissor Aqil M. Quliyev deyib. Rejissor həyatı ilə bağlı bir çox məqamlara aydınlıq gətirib, sevgi münasibətlərindən, haqqında yayılan şayiələrdən, narkotikdən istifadə etməsindən, həbs həyatından danışıb. Sözügedən verilişi təqdim edirik: Xeberal.az

Cəmiyyət

Güclü külək Qaxda tikililərin dam örtüyünü uçurub, ağacları aşırıb – FOTO

Qax rayonunda güclü külək fəsadlar törədib. “Report” xəbər verir ki, külək, əsasən Ləkit kəndində fəsadlara yol açıb. Belə ki, leysan yağışla müşahidə olunan güclü külək kənd sakini Alik Şixamirova məxsus mal tövləsinin dam örtüyünü uçurub. Külək bundan başqa, kənd ərazisində ağacları da kökündən çıxararaq aşırıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir. Xeberal.az