İqtisadiyyat

Tələbələr təhsil haqlarını ödəyə bilmirlər: Çətinliklə bağlı akademik məzuniyyət götürənlərin sayı AÇIQLANDI

Sharing is caring!

Ötən il təhsil haqqını ödəyə bilməyən tələbələrin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.

Belə ki, ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb.

Bunlardan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

Qeyd edilib ki, 2021-ci ildə hərbi xidmətə çağırışla əlaqədar 2 892 nəfər akademik məzuniyyət götürüb ki, onların 570 nəfəri bakalavriat, 240 nəfəri magistratura, 1 858 nəfəri tam orta ixtisas bazası və 224 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

Ötən il həmçinin 3 542 nəfər təhsil müəssisələrinə bərpa olunub. Onların 1 578 nəfəri bakalavriat, 374 nəfəri magistratura, 1 203 nəfəri tam orta ixtisas bazası və 387 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir