Siyasət

Bakıda prezidentin göstərişi ilə sökülən qanunsuz parklanma yerində ağac əkildi – FOTO

Sharing is caring!

Bakının mərkəzində yaradılan və bir neçə gün əvvəl sökülən qanunsuz parklanma yerində Bakı şəhəri Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ərazidə xan çinarı ağacı əkilib.

Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanından gedir.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimələnib. Daha sonra parklanma yerinin sökülməsinə başlanılıb.

FOTO: Tapdıq Abdullayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir