Cəmiyyət

Bakıda çürümüş meyit TAPILDI

Bakıda evdən meyit tapılıb. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. 68 yaşlı Haqverdiyev Oqtay Ələkbər oğlu yaşadığı evdə qəflətən ölüb. Onun evdə yıxılaraq öldüyü bildirilir. İlkin məlumata görə, meyit 3 gün evdə qaldığı üçün çürümə prosesi gedib. Hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Dünya

“McDonald’s” Rusiyadakı biznesini satır

Rusiyanın Sənaye və Ticarət Nazirliyi ABŞ-ın “McDonald’s” restoranlar şəbəkəsinin Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqların aparılması faktını təsdiqləyib. Qurumdan bildirilib ki, şəbəkənin qərarını sivil və optimal adlandırmaq olar. Eyni zamanda, qeyd olunub ki, Rusiyadakı şəbəkənin rəhbərliyinə nazirlik tərəfindən restoranların yenidən açılması və biznes proseslərinin sadələşdirilməsi istiqamətində bütün lazımi dəstək göstəriləcək. Şirkətə yaxın mənbə bildirib ki, […]

İdman

Azərbaycanlı boksçu yeni qələbə qazanıb – FOTO

Azərbaycan əsilli fransalı boksçu Murad Əliyev İstanbulda peşəkar boksda yeni qələbə qazanıb. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Murad 4-cu qələbəsini nokautla qazanıb.         Посмотреть эту публикацию в Instagram                       Публикация от ????Anar Achundsade ???? (@world_wide_boxing_28)   Xeberal.az

Mədəniyyət

Azərbaycanın “Avroviziya”nın münsif heyətindən uzaqlaşdırılmasına aydınlıq gətirilib

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov Avropa Yayım Birliyinin (AYB) Azərbaycan münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinə münasibət bildirib. APA xəbər verir ki, İsa Məlikov AYB-nin Azərbaycan və digər 5 ölkənin münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinin rəsmi olmadığını deyib: “İstinad olunan saytlar AYB və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan […]

Cəmiyyət

Bakı yollarındakı son vəziyyət AÇIQLANDI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Bu barədə Mərkəzdən bildirilib. 1. Bakı-Sumqayıt şossesi – 20 yanvar istiqamətində sıxlıq 2. Ziya Bünyadov prospekti – 20 yanvar və Koroğlu metro stansiyası istiqamətində sıxlıq 3. Tbilisi prospekti – 20 yanvar və şəhər istiqamətində sıxlıq 4. 28 may və Dilarə […]

Dünya

Rusiyada gəncin boynundan 1,5 metrlik armatur çıxarıldı – FOTO

Rozanov adına Moskva Regional Xəstəxanasının həkimləri 20 yaşlı gəncin boynundan 1,5 metrlik armaturu uğurla çıxara biliblər. Bu barədə Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirib ki, gənc xəstəxananın qəbul şöbəsinə boynundan çıxan, uzunluğu təxminən 1,5 m, diametri 16 mm-ə çatan dəmir armaturla daxil olub. O, 2-ci mərtəbədən pəncərənin altındakı tikinti sahəsinə yıxılıb. Qeyd olunub […]

Mədəniyyət

İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu”

“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib. Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final […]

Dünya

Əfsanəvi “Moskviç” geri dönə bilər

Rusiyada Moskva meri Sergey Sobyanin “Renault” zavodunu şəhərin balansına salmaq və tarixi “Moskviç” brendi altında avtomobillərin istehsalını bərpa etmək qərarına gəldiyini açıqlayıb. “Əcnəbi sahibi Moskvanın “Renault” zavodunu bağlamaq qərarına gəlib. Bu onun haqqıdır, lakin biz minlərlə işçinin işsiz qalmasına yol verə bilmərik. Ona görə də mən zavodu şəhərin balansına götürmək və tarixi “Moskviç” brendi altında […]

Siyasət

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb – FOTO

16 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,  nazir Ceyhun Bayramov, Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək, təşkilatın Aşqabad […]

Dünya

Ermənistana gedən yüzlərlə avtomobil Yuxarı Larsda gömrükdə qalıb

Hazırda Ermənistana gedən yüzlərlə maşın Şimali Osetiya ərazisində “Verxniy Lars” keçid məntəqəsi yaxınlığında gömrükdə qalıb. Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Aram Tananyan bildirib. Onun sözlərinə görə, birinci rübdə Gürcüstanda “Xaç aşırımı”nın bağlanması səbəbindən keçid məntəqəsi 30 gün işləməyib və 10 mindən çox yük maşını gömrükdə qalıb. Hazırda isə Yuxarı Larsda yollar açılıb, bununla belə, […]