İdman

“İnter” qələbə qazandı, İtaliyada çempion son turda məlum olacaq – YENİLƏNİB + VİDEO

“İnter” İtaliya A seriyasının 37-ci tur oyununa çıxıb Komanda “Kalyari”nin qonağı olub və 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Kalyari” – “İnter” -1:3 Qollar: Darmian, 25 (0:1), Martines, 51 (0:2), Likoyannos, 53 (1:2), Martines, 84 (1:3) Bu nəticədən sonra “İnter” 81 xalla 2-ci, “Kalyari” 29 xalla 18-ci pillədə qərarlaşıb. Siyahıya 83 xalla “Milan” başçılıq edir. 22:22 […]

Kriminal

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib. APA xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 1996-ci il təvəllüdlü Koroğluyev Həzrət Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binqədi Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Xeberal.az

Dünya

Somalinin yeni prezidenti seçilib

Somalidə prezident seçkiləri başa çatıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, Prezident Mohamed Abdullah Farmajo və keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud növbəti tura keçən namizədlər olub. Paytaxt Moqadişoda keçirilən seçkilərin ikinci turunda keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud 110 səslə birinci, prezident Mohammed Abdullah Fermajo 83, keçmiş baş nazir Həsən Əli Hayri […]

İdman

Bekhemin fanatı onun kiçik qızının anası olduğunu iddia edir

Devid Bekhemin kiçik qızı Harper Seven ailənin əsl sevimlisidir. O, atasını hər yerdə müşayiət edir, keçmiş futbolçu isə qızını “balaca şahzadə” adlandırır. Amma bu yaxınlarda Devid qızı üçün narahat olmağa başlıyıb. Belə ki, məşhurun fanatı Harperin bioloji anası olduğunu iddia edib. Şeron Bell adlı qadın vaxtilə Bekhemlə arasında münasibətlərin olduğunu bildirib. O, mediaya uydurma romantik […]

Dünya

Polşalı pilot səmada “Müharibə etmə, pivə hazırla” yazdı

Dünən axşam saatlarında Polşanın Poznan şəhərindən havaya qalxdığı bildirilən yüngül təyyarənin uçuş trayektoriyası diqqət çəkib. Dünyanın dörd bir yanından aviasiya məlumatlarını təqdim edən “Flightradar24” maraqlı görüntüləri yayımlayıb. Təxminən dörd saat uçan təyyarə öz hərəkət trayektoriyası ilə “Müharibə etmə, pivə hazırla” sözlərini yazıb. Naməlum pilot “əl işinin” sonunda ürək işarəsi də “çəkib”. Təyyarənin Poznanda yerləşən “Smart […]

Dünya

Sonuncu köynək üstündə “saçyoldu”ya çıxdılar – VİDEO

İstanbuldakı ticarət mərkəzlərindən birində müştərilər arasında dava düşüb. Esenyurtdakı mağazada iki qadın sonuncu köynək üstündə dalaşıb. Mübahisə ilə başlayan qarşıdurma “saçyoldu” ilə davam edib. Ətrafdakılar onları çətinliklə də olsa ayırmağı bacarıblar. Hadisə şahidlərindən biri görüntüləri çəkərək sosial mediada paylaşıb. Mənbə: “Haber Global” Xeberal.az

Dünya

Britaniya qlobal NATO-nun yaradılmasını təklif edir

Britaniyanın xarici işlər naziri Liz Trass Hind-Sakit okean regionunda baş verənləri izləməyə imkan verəcək qlobal NATO-nun yaradılmasına çağırıb. O, bunu bazar günü Almaniyanın paytaxtında keçirilən NATO Xarici İşlər Nazirlərinin toplantısına gələrkən deyib. “Bizim diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir. Çünki Avro-Atlantik təhlükəsizliyi qoruyarkən Hind-Sakit okean regionunda təhlükəsizliyə də diqqət yetirməliyik”, – XİN rəhbəri bildirib. O, həmçinin […]

İdman

Mahir Emreli Xorvatiya çempionu oldu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olub. Bu, XXXV turda səfərdə “Şibenik” üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran “Dinamo” ən yaxın izləyicisi “Hayduk”u 4 xal geridə qoyub. Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub. Qeyd edək ki, […]

İdman

“Barselona” ikinci yeri təmin etdi

“Barselona” La Liqada bu mövsüm ikinci yeri təmin edib. Kataloniya təmsilçisi 37-ci turda “Xetafe” ilə qolsuz bərabərə qalıb – 0:0 Xalını 73-ə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda ən yaxın izləyicisi “Atletiko”nu (68 xal) 5 xal qabaqlayıb. Bununla da “Barselona” yarışın bitməsinə 1 tur qalmış 2-ci yeri rəsmiləşdirib. Qeyd edək ki, “Real” bundan əvvəl çempionluğu […]

Kriminal

Qaxda 20 yaşlı gənc bıçaqlanıb

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi ərazisində qeydə alınıb. Qax sakini, 2002-ci il təvəllüdlü Təbriz İsmayılzadə kəsilmiş, deşilmiş bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil. Faktla bağlı Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. […]