İqtisadiyyat

Mərkəzi Bankın yeni rəhbərliyinin islahatlarına böyük ümidlər var

Pərviz Heydərov yazır… Ölkədə bank sektoru həm maliyyə imkanlarının yaxşılaşması, həm də əhalinin inamının artması baxımından 4-5 il əvvəlki vəziyyətdə deyil. Bunu kreditlər üzrə təklif və əmanət qoyuluşu səviyyəsi də sübut edir. Cari ilin aprelin 1-nə 17 milyard 528 milyon 200 min manat kredit, 10 milyard 372 milyon manat həcmində isə əhali tərəfindən əmanət qoyuluşu […]

Mədəniyyət

Əsərləri dünya şəhərlərini bəzəyən azərbaycanlı heykəltaraş – FOTO

Bu günlərdə Azərbaycan Respublikasının Xalq rəssamı, şöhrət ordenli, görkəmli tişə ustası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Natiq Əliyev Ümumdünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib. Bir ölkə üçün milli-mütərəqqi, ümumbəşəri mənəvi dəyərləri qoruyub saxlayan, onları hifz edən başlıca amillərdən biri, bəlkə də birincisi onun mədəniyyəti və incəsənəti ilə bağlı inkişafıdır. Natiq Əliyev ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan plastika sənətinin […]

Cəmiyyət

Naxçıvana uçan təyyarə geri qayıtdı – SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmaq qərarına gəlib. Bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər. Xeberal.az

İqtisadiyyat

bp-nin regional prezidenti Bakı Ali Neft Məktəbində – FOTO

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Ali Neft Məktəbində olub,  Ali Məktəbin kampusunda bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi laboratoriyaya baş çəkib. Bununla bağlı BANM məlumat yayıb. Bildirilib ki, qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəb fəaliyyətə başlayandan bp şirkəti daim […]

Dünya

Almaniya Rusiya neftinin idxalından imtina edəcək

Almaniya bu ilin sonuna qədər Rusiya neftinin idxalından imtina edəcək. Bu barədə “Bloomberg” hökumətdəki mənbələrə istinadən xəbər verir. Hətta Avropa İttifaqı bu məsələdə növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində razılığa gəlməsə belə, bu baş verəcək. Almaniya Kansleri Olaf Şolz hökumətinin Ukraynada aparılan müharibəyə cavab olaraq Avropa İttifaqının məhdudiyyətlərinin bir hissəsi kimi Rusiya neftindən imtinada qərarlı olduğunu bildirib. […]

Cəmiyyət

Bakıda kirayə ev axtaranlar üçün pis xəbər – VİDEO

Son bir neçə aydır ki, kirayə mənzil bazarında durğunluq yaşanır. Ekspertlər bunu kirayə evlərin qiymətinin hər keçən gün bahalaşması ilə əlaqələndirirlər. Hər il bu aylarda kirayə mənzillərin qiymətində enmə müşahidə edilsə də, bu ilə əksinədir. Bəs buna səbəb nədir? Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib. Əvvəllər bu aylarda paytaxtda kirayə mənzillərin […]

Cəmiyyət

İlin ilk Ay tutulması hadisəsi başa çatıb – YENİLƏNİB + CANLI YAYIM

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Təbii hadisə saat 07:29-da başlayıb, saat 08:53-də sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb. Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilməyib. 08:17 İlin ilk Ay tutulması hadisəsi başlayıb. […]

Cəmiyyət

Sumqayıtda gənc itkin düşüb

Sumqayıtda 2002-ci il təvəllüdlü Əliyev Tural Elçin oğlu itkin düşüb. Bu barədə “Report”a onun yaxınları məlumat veriblər. Məlumata görə, T.Əliyev bir həftə əvvəl – mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun yaxınları bu barədə polisə məlumat veriblər. T.Əliyevi görənlərdən və ya onun barədə məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və […]

Cəmiyyət

Astarada çay məcrasından çıxdı: Evlər təhlükə qarşısında – VİDEO

Son dövrlər müşahidə edilən aramsız yağışlar nəticəsində Astaranın Şiyəkəran kəndindən keçən Pensər çayında da suyun səviyyəsi artıb. Çayın məcrası bir qədər genişlənib. Çay torpaq qatını kənarlara doğru 20-25 metrə qədər yuyub. Hər an sürüşmə baş verə bilər. Yaxınlıqdakı evlər təhlükə ilə üz-üzədir. Məsələ ilə bağlı Astara Suvarma Sistemləri İdarəsindən problemin qarşısını almaq üçün hansı tədbirlərin […]

Bölgə

Rafiq Cəlilov Sabirabad kəndində səyyar görüş-qəbul keçirmişdir

Xəbəral.az xəbər verir ki, 11 may 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Sabirabad kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.Görüşdə Rafiq Cəlilov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda […]