Siyasət

“Yeni Xocalılar yaşanmasın deyə!”: “Haber Global” Türkiyə – Azərbaycan qardaşlığı barədə – VİDEO

Türkiyənin nüfuzlu “Haber Global” telekanalının efirində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak etməsi müzakirə olunub. Telekanalın ekspertləri – Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyə Təqaüdçü Zabitlər Dərnəyinin sədri Ərdoğan Qaraquş və İstanbul Aydın Universitetinin elmlər doktoru Özgür Tör iki ölkə arasındakı münasibətlərin dünyada analoqunun […]

Kriminal

Dəhşətli cinayətin DETALLARI: “Göldə qanını yumağa aparırdım, öldüyünü anlayanda atıb uzaqlaşdım”

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində əsas ifadələr məlum olub və ittiham edilən şəxsə hökm oxunub.  Qafqazinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ötən il iyunun 20-si saat 18 radələrində Binəqədi rayonu ərazisində meyiti tapılan 1985-ci il təvəllüdlü Ramil Oruclunun həmin gün tanışının avtomobilində öldürüldüyü bildirilib. Belə […]

Dünya

“Titanik” filmindəki məşhur pozanı təkrarlamaq istədilər: Oğlan öldü, qız yaralandı

Türkiyədə “Titanik” filmindəki məşhur pozanı təkrarlayan cütlüyün biri həyatını itirib. Hadisə Kocaeli vilayətinin İzmit şəhərindəki “Marina İskelesi”ndə baş verib. Belə ki, balıq tutmaq üçün dəniz sahilinə gələn 23 yaşlı Furkan Çiftçi və yaşıdı olan sevgilisi Mine D. suya yıxılıblar. Bu zaman ətrafdakılar dənizdə çırpınan gəncləri görüb, onlara tilov uzadıblar. Qız tilovdan tutaraq sahilə çıxa bilib, lakin oğlan […]

Cəmiyyət

Məktəbdən “Son zəng”ə görə pul yığılır? – AÇIQLAMA

Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub.  Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib. Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.  Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən […]

Dünya

Ərdoğan: “İsveç və Finlandiyanın NATO-ya daxil olmasına “Hə” deməyəcəyik” – VİDEO

İsveç və Finlandiyanın NATO-ya daxil olmasına “hə” deməyəcəyik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair prezidenti Əbdülməcid Təbbunla birgə mətbuat konfransında bildirib. “Hər iki ölkənin terror təşkilatlarına qarşı dəqiq mövqeyi yoxdur. Aparıcı NATO ölkələri Yunanıstanı dəstəkləyirmi, bəli. Biz onlara necə inanacağıq? İsveç artıq terror təşkilatları üçün inkubasiya mərkəzidir. Parlamentlərində PKK tərəfdarları var. Bazar ertəsi Türkiyəyə […]

Cəmiyyət

Cəlilabadda məktəb dağılmaq üzrədir – FOTO

Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir. Bu barədə “Report”un Muğan bürosuna məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır: “Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı […]

Dünya

Şimali Koreyada yoluxma 1,21 milyona çatdı: Ordu səfərbər oldu

Şimali Koreya lideri Kim Çen In koronavirusun yayılması fonunda dərmanları əhaliyə vaxtında çatdırmadıqlarına görə məmurları qınayıb. O, paytaxt apteklərinin dərman təminatını stabilləşdirmək üçün orduya səfərbər olunmasını əmr edib. Son sutka ərzində KXDR-də daha səkkiz nəfər koronavirusun yaratdığı xəstəliyin fəsadlarından dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb. 392 920 nəfərdə qızdırma əlamətləri aşkar edilib. […]

Dünya

Tacikistanda iğtişaşlar: Zirehli texnika yeridildi, internet kəsildi – VİDEO

Tacikistanın şərqindəki Xoroq şəhərində etiraz aksiyası zamanı iştirakçılar təhlükəsizlik qüvvələri ilə toqquşub. Yayılan məlumatlara görə, şəhərə Daxili İşlər Nazirliyi bölmələrinin zirehli texnikası yeridilib, dayaq məntəqələri şəxsi heyət tərəfindən gücləndirilib. İnsident zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Təhlükəsizlik qüvvələri Xoroqun mərkəzi meydanına gedən bütün yolları bağlayıb. Həmçinin, şəhər körpüləri mühasirəyə alınıb. Xoroqda internet də kəsilib. Mənbə: rosbalt.ru […]

Dünya

Həyat yoldaşı qardaşı ilə qaçan kişi hər ikisini güllələdi – VİDEO

Türkiyədə Tokatda 30 yaşlı kişi qardaşı ilə qaçdığını iddia etdiyi həyat yoldaşını və qardaşını avtovağzalda güllələyib. Baş verən hadisə təhlükəsizlik kameralarına düşüb. Verilən məlumata görə, hadisə şəhərlərarası avtovağzalda baş verib. Müslüm B. (30) terminalda avtobusdan enən həyat yoldaşı İlfer B. (26) və qardaşı üç uşaq atası Səbri B.-yə (25)  atəş açıb. Təhlükəsizlik kameralarına düşən hadisədə kişinin əvvəlcə avtobusdan […]

Cəmiyyət

Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib – VİDEO

Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV məlumat hazırlayıb. Belə ki, Qubanın Bağbanlı kənd sakinləri olan 9 yaşlı Bəyimxanım və Süsən Əhmədova anadangəlmə iflicdirlər. Daha əvvəl əkiz qızlardan birinin – Bəyimxanım pensiyası kəsildiyindən qızların anası Arzu Manafova Baku TV-yə üz tutmuşdu. 2021-ci il, iyul ayının 4-ü […]