Cəmiyyət

İlin ilk Ay tutulması hadisəsi başa çatıb – YENİLƏNİB + CANLI YAYIM

Sharing is caring!

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

Təbii hadisə saat 07:29-da başlayıb, saat 08:53-də sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilməyib.

08:17

İlin ilk Ay tutulması hadisəsi başlayıb.

Təbiət hadisəsi tam Ay tutulmasıdır.

Təbii hadisə saat 07:29-da başlayıb, saat 08:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

00:10

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Təbiət hadisəsi tam Ay tutulması olacaq.

Təbii hadisə saat 07:29-da başlayacaq, saat 08:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir