İdman

“İnter” qələbə qazandı, İtaliyada çempion son turda məlum olacaq – YENİLƏNİB + VİDEO

Sharing is caring!

“İnter” İtaliya A seriyasının 37-ci tur oyununa çıxıb

Komanda “Kalyari”nin qonağı olub və 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Kalyari” – “İnter” -1:3
Qollar: Darmian, 25 (0:1), Martines, 51 (0:2), Likoyannos, 53 (1:2), Martines, 84 (1:3)

Bu nəticədən sonra “İnter” 81 xalla 2-ci, “Kalyari” 29 xalla 18-ci pillədə qərarlaşıb. Siyahıya 83 xalla “Milan” başçılıq edir.

22:22

İtaliya çempionatında “Milan” vacib qələbə qazanıb. 

Oxu.Az xəbər verir ki, İtaliya çempionatının lideri “Milan” öz meydanında “Atalanta”nı qəbul edib. 

Ev sahibi iki top vuraraq üç xal qazanıb – 2:0. 

Qeyd edək ki, 37 turdan sonra “Milan”ın 83 xalı var. Turnir cədvəlində ikinci yerdə olan “İnter” isə 78 xala sahibdir. Bu gecə “İnter” səfərdə “Kalyari” ilə oynayır. Əgər qalib gəlsə, “Milan”a son turda 1 xal kifayətdir ki, çempion olsun. Əgər “İnter” qalib gələ bilməsə və ya heç-heçə olsa, “Milan” bu gün çempion olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir