Dünya

“McDonald’s” Rusiyadakı biznesini satır

Sharing is caring!

Rusiyanın Sənaye və Ticarət Nazirliyi ABŞ-ın “McDonald’s” restoranlar şəbəkəsinin Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqların aparılması faktını təsdiqləyib.

Qurumdan bildirilib ki, şəbəkənin qərarını sivil və optimal adlandırmaq olar.

Eyni zamanda, qeyd olunub ki, Rusiyadakı şəbəkənin rəhbərliyinə nazirlik tərəfindən restoranların yenidən açılması və biznes proseslərinin sadələşdirilməsi istiqamətində bütün lazımi dəstək göstəriləcək.

Şirkətə yaxın mənbə bildirib ki, “McDonald’s” ölkədə yeni brend altında fəaliyyətini bərpa edəcək. Onun sözlərinə görə, şəbəkəyə daxil olan restoranların sayı azalmayacaq və bütün restoranlar işləyəcək.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir