Cəmiyyət

Qızılca əleyhinə peyvənd kimlərə vurula bilməz? TƏBİB-dən AÇIQLAMA

Sharing is caring!


“Hamilələr və digər yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir”.

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

TƏBİB rəsmisi xatırladıb ki, qızılca çox yüksək yoluxuculuğa malik xəstəlikdir:

“Bir otaqda qızılca xəstəliyi olan şəxs otaqda olan xəstəliyə yoluxmayan və peyvənd etdirməyən şəxsləri anında yoluxdura bilər. Bu xəstəlik əsasən uşaqlıq dövrü xəstəliyidir. Lakin uşaqlıqda bu xəstəliyi keçirməyibsə, sonradan yoluxma ehtimalı var”.

Onun sözlərinə görə, xəstə şəxslərdə səpgilər üz nahiyəsindən başlayır və digər yerlərə yayılır: “Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan şəxslər ev şəraitində müalicə ala bilirlər. Peyvənd vurdurmayan şəxslər risk qrupuna aiddir. Valideynlər ağırlaşma riski olduqda, qızdırma pikləri olduqda dərhal ailə həkimləri ilə əlaqə saxlanılmalı, yaxud tibb müəssisəsində stasionar şəkildə müalicə aparılmalıdır. Ağırlaşma halları həm uşaqlar, həm də böyüklər arasında müşahidə oluna bilər. Risk qrupuna adətən 5 yaşdan aşağı uşaqlar və 20 yaşdan yuxarı şəxslər aiddir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir