İdman

“Formula 1”: Yollarda qazma 10 gün davam edəcək

Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-ə hazırlıq işləri davam edir. Bakı Şəhər Halqasından verilən məlumata görə, tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti – Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov – Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq. Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti […]

Cəmiyyət

Fuad Vəlixanov vəfat etdi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib. Uzun müddət xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib. Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib. 1992-1993-cü illərdə ilk müstəqil […]

İdman

Əfsanəvi futbolçular Azərbaycana nə üçün gəlir? – AÇIQLAMA

İspaniya yığmasının və Madrid “Real”ının əfsanəvi futbolçuları – Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək. Bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə şəxsi feysbuk hesabında paylaşım edib.  Səfərin səbəbi barədə Offsideplus.az-a verən Dadaşzadə ispanların ölkəmizə istirahət məqsədi ilə gələcəyini bildirib: “İker Kasilyasla Raul Qonsales azərbaycanlı iş adamı tərəfindən ölkəmizə dəvət olunub. Həmin iş adamı hazırda İspaniyada şəxsi bizneslə məşğuldur. […]

İdman

Beyl “Real”dan gedir

Madrid “Real”ının yarımmüdafiəçisi Qaret Beylin komandadan ayrılacağı bildirlib. Məlumatı uelsli futbolçunun agenti Conatan Barnett təsdiqləyib. “Beyl “Real”ı tərk edir. Uelsə gəlincə, baxarıq. Hər şey komandanın 2022-ci il Dünya Çempionatına qatılıb-qatılmayacağından asılıdır. Bundan sonra qərar veriləcək”, – deyə o, bildirib. Agent Beylin yenidən İngiltərəyə qayıdacağını da istisna etməyib. Qeyd edək ki, 32 yaşlı Beyl bu mövsüm […]

İqtisadiyyat

Azərbaycanın vahid nəqliyyat və logistika strategiyası hazırlanır

Azərbaycanın “Vahid Nəqliyyat və Logistika Milli Strategiyası” hazırlanır. Bu barədə “Report”un sorğusunun cavabında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, 2030-cu ilədək dövrü əhatə edən Azərbaycanın “Vahid Nəqliyyat və Logistika Milli Strategiyası”nın hazırlanması ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrinin də daxil olduğu İşçi Qrup fəaliyyət göstərir. “İşçi Qrup tərəfindən mütəmadi keçirilən iclasların nəticəsi olaraq, ölkənin nəqliyyat […]

Cəmiyyət

Yevlaxda 49 yaşlı qadın intihar edib

Yevlax rayonunda 49 yaşlı qadın intihar edib. “Report” xəbər verir ki, hadisə Gülövşə kəndində qeydə alınıb. Belə ki, Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü R.Cəfərova yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Fransanın baş naziri istefa verdi, xələfi qadındır

Fransanın baş naziri Jan Kasteks istefa verib. Məlumata görə, o, müvafiq ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Baş nazirin yeni hökumətə daxil olmaq istəmədiyi bildirilib. Qeyd olunub ki, Kasteks prezident seçkilərindən dərhal sonra istefa verməyi planlaşdırıb. Lakin yenidən prezident seçilən Makron ondan hökumətdəki dəyişikliklərə qədər vəzifəsində qalmasını xahiş edib. Yelisey sarayından yayılan xəbərə görə, Fransanın yeni […]

Cəmiyyət

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa yoluxanlar, adətən, yüksək hərarət, qusma, burun axması, baş və əzələ ağrılarından şikayətlənirlər.  Bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son aylar yoluxucu virus infeksiyası, öncədən rotavirus, onun ardınca […]

Cəmiyyət

Sumqayıtda təhlükəli ərazidə QANUNSUZ obyekt tikilir – VİDEO

Sumqayıt şəhərinin sakinləri qanunsuz obyektin tikildiyini bildirirlər. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV məlumat hazırlayıb. Onların sözlərinə, bu tikinti işləri təhlükəli ərazidə aparılır. Qeyd edilib ki, qeyri-qanuni iaşə obyektinin inşasına şəhərin 42-ci məhəllə ərazisində başlanılıb. Daha ətrafı sujetdə: Xeberal.az

Siyasət

“Əfqan” Mübariz Mənsimovun SAVAŞ BLEFİ: “Palmali”nin sahibi 11 yaşında necə sovet zabiti olub?–REPLİKA + VİDEO

Son həftələrdə Azərbaycan və Türkiyə mediasındakı çıxışları ilə diqqət mərkəzinə düşən iş adamı Mübariz Mənsimov publikanın gözünün içinə qıpqırmızı yalan püskürməkdədir.  “Palmali” şirkətlər qrupunun sahibi, artıq uzun müddətdir, Türkiyə vətəndaşlığını qəbul edərək qardaş ölkədə yaşayan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov fərqli kanallara müsahibələrində izləyici auditoriyasında ironiya, ən yaxşı halda təəccüblə qarşılanan qeyri-adi fikirlər səsləndirməkdədir.  […]