İdman

Beyl “Real”dan gedir

Sharing is caring!

Madrid “Real”ının yarımmüdafiəçisi Qaret Beylin komandadan ayrılacağı bildirlib.

Məlumatı uelsli futbolçunun agenti Conatan Barnett təsdiqləyib.

“Beyl “Real”ı tərk edir. Uelsə gəlincə, baxarıq. Hər şey komandanın 2022-ci il Dünya Çempionatına qatılıb-qatılmayacağından asılıdır. Bundan sonra qərar veriləcək”, – deyə o, bildirib.

Agent Beylin yenidən İngiltərəyə qayıdacağını da istisna etməyib.

Qeyd edək ki, 32 yaşlı Beyl bu mövsüm La Liqada 5 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir