Dünya

Səsvermə sona çatdı: İlon Mask “Twitter” rəhbərliyindən gedəcəkmi? – FOTO/VİDEO

Sharing is caring!

“Twitter” rəhbəri İlon Maskın vəzifəsində qalıb-qalmayacağına dair səsvermə başa çatıb.

Mask “Twitter” istifadəçilərindən bununla bağlı qərar vermələrini xahiş edib.

“Twitter” rəhbəri vəzifəsindən getməliyəmmi?” – deyə o, istifadəçilərə sual verib.

Dekabrın 19-na olan nəticələrə əsasən, ümumilikdə 17,5 milyon insan səs verib. Maskın sosial şəbəkəyə liderliyinin sona çatmasının lehinə istifadəçilərin 57,5%-i səs verib. 42,5% isə bunun əleyhinə çıxıb.

Mask istifadəçilərin seçdiyi qərarla razılaşacağına söz verib. Lakin hələlik iş adamı səsvermənin nəticələri ilə bağlı hər hansı açıqlama verməyib.

“Hakimiyyət istəyənlər buna ən az layiq olanlardır”, – deyə milyarder son olaraq öz hesabında paylaşım edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir