Cəmiyyət

Piyadanı vuraraq öldürən sürücülük vəsiqəsi olmayan sürücüyə bəraət verildi

Sharing is caring!


Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevirdə avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Fərhad Abdulovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona bəraət verilib.

İttihama görə, hadisə 31 oktyabr 2022-ci il tarixdə, saat 20:28 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Fərhad Abdulov ayıq vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən piyada Kərəm Kərimovu (şərti) vurub. Nəticədə piyada beyindaxili qanaxmadan hadisə yerində ölüb. Daha sonra Fərhad Abdulov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir