Siyasət

Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib – FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfər edib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Əbu-Dabi Beynəlxalq Hava Limanında Baş naziri BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qarşılayıb. Suhail Al Mazrouei ilə qısa görüş əsnasında Baş nazir Əli Əsədov görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin […]

Siyasət

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib – FOTO

Mayın 16-da Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan parlamenti nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Nümayəndə heyətini […]

Dünya

Britni Spirs: “Körpəmi itirdim”

Nişanlısından hamilə olduğunu deyən amerikalı pop müğənni Britni Spirs uşağını itirib. Bu barədə 40 yaşlı ulduz “Instagram” hesabında yazıb: “Körpəmi itirdim”. 27 yaşlı fitnes məşqçisi Sem Asqarla beş ildir birlikdə olan müğənni nişanlısından ilk uşağını itirdiyini bildirərək, sevənlərini məyus edib. Qeyd edək ki, Spirsin rəqqas Kevin Federlindən iki övladı var. Xeberal.az

Siyasət

Revanşistlərin aktivliyi – Ermənistanı üçüncü müharibəyə doğru sürükləyirlər

Ermənistan beynəlxalq öhdəliklərə yenə əməl etməkdən yayınmağa çalışır. Son zamanlar ölkədə müxalifət adlanan siyasi qüvvələrin keçirdikləri aksiyalarla rəsmi İrəvan beynəlxalq ictimaiyyəti çaş-baş qoymağa cəhd göstərir. Ermənistandakı siyasi qüvvələr bununla dünya ictimaiyyətinə Azərbaycanla münasibətlərin normallaşmasına maneələrin olduğunu göstərməyə çalışırlar. Hökumət bu aksiyalar vasitəsi ilə özünü sərbəst toplaşmaq azadlığını qoruyan, demokratik dəyərlərə hörmətlə yanaşan kimi göstərməyə cəhd […]

Kriminal

Sabiq icra başçısının cəzası azaldıldı – FOTO

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və sahibkar Razin Qəhrəmanov barəsindəki hökmdən verilmiş şikayətlə bağlı qərar elan olunub. APA-nın əldə etdiyi xəbərə görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda şikayətlərin təmin olunmadığı elan olunub. Qərara əsasən, birinci […]

Siyasət

İƏT PA-ya sədrlik Azərbaycana keçəcək

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Sahibə Qafarova ölkəmizin İƏT PA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. […]

Siyasət

Politoloq: “Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar”

“Bildiyiniz kimi, Ermənistan müxalifətinin əsasını “Qarabağ klanı” təşkil edir. Onlar isə “qisas” istəyirlər. Amma onlar öz ətraflarında cəmi beş min adam toplaya biliblər. Bu rəqəm isə tədricən azalır. Yəni müxalifətin atdığı addımlar hələlik həlledici deyil”. Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib. “Qarabağ klanı”nı dəstəkləyənlər, “suları bulandıranlar” Rusiyadakı erməni diasporu və Rusiyanın siyasi elitasıdır. […]

Siyasət

Zəngilan aeroportuna yeni elektrik xətti çəkilir – VİDEO

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu ərazisində də “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır.  Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib. Rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir.  Həyata keçirilən […]

Dünya

İsveç və Finlandiya 33 nəfəri Türkiyəyə ekstradisiyadan imtina edib

NATO-ya üzv olmaq prosesinə başlayan İsveç və Finlandiya Ankaranın ekstradisiyasını tələb etdiyi, Türkiyədə qadağan olunmuş FETÖ və Kürdüstan Fəhlə Partiyasının (PKK) 33 üzvündən heç birini ekstradisiya etməyib. Prezident Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl verdiyi açıqlamaya görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. Türkiyənin xarici […]