Dünya

Türkiyə hərbçilərinin günlərlə dənizin ortasında qalan insanları xilasetmə görüntüləri – VİDEO

Liviyanın Misrata şəhəri sahillərində Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmət edən TCG GÖKÇEADA freqatı tərəfindən bir qayıq aşkar edilib. Yarısı huşsuz vəziyyətdə 17 qeyri-qanuni miqrant olduğu müəyyən edilən qayığa müdaxilə olunub və miqrantlar gəmiyə mindiriliblər. Gəmidə olan həkim həmin şəxsləri müayinə edərək, 12 nəfərin səhhətinin yaxşı, dörd nəfərin isə huşsuz vəziyyətdə olduğunu müəyyənləşdirib. Bir miqrant isə […]

MARAQLI

Zibil maşını minik avtomobilinin üzərinə aşdı – VİDEO

Sosial şəbəkələrdə zibildaşıyan ağırtonnajlı maşının “Skoda” markalı minik avtomobilinin üzərinə aşmasını əks etdirən kadrlar yayılıb. Hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. Verilən məlumata görə, minik avtomobilinin sürücüsü vaxtında özünü maşınından ata bilib. Onun xəsarət almadığı vurğulanıb. Mənbə: “Shot” “Telegram” kanalı Xeberal.az

Dünya

Yeniyetmə qız yaralı halda 30 km avtomobil sürdü və başqa yaralıları minalanmış ərazidən çıxardı – VİDEO

Ukraynanın Popasnaya şəhərindən olan 15 yaşlı yeniyetmə qız yaralı olduğu halda 30 km avtomobil sürüb və digər yaralıları minalanmış ərazidən keçirib. Onun sözlərinə görə, avtomobillə gedərkən rusiyalı hərbçilər onları atəşə tutublar. Maşında daha üç kişi və bir qadın olub. Onlar qəlpə yarası alıblar, birinin vəziyyəti xüsusilə ağır olub. Bundan sonra yeniyetməyə sükan arxasına keçmək təklif […]

Dünya

Kişi eyni vaxtda üç qadınla evləndi – FOTO/VİDEO

Hindistanın Madhya Pradeş ştatının sakini eyni vaxtda üç qadınla toy edib. Məlumata görə, bundan əvvəl onlar təxminən 15 il birlikdə yaşayıblar. 42 yaşlı Samrata Muryanın toyu altı uşağının iştirakı ilə baş tutub. İcma adətlərinə görə, mərasim üç gün davam edib. Qadınların ən kiçiyinin 30, böyüyünün 35 yaşı olub. Qeyd edilir ki, Hindistanda çoxarvadlılığın rəsmi qadağasına […]

Dünya

ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə yaradır

Amerikalı mütəxəssislər ölkənin “Johnson & Johnson” (J&J) şirkətinin yeni koronavirusa qarşı peyvəndinin istifadəsini məhdudlaşdırıblar. Onlar preparatın istifadəsinin qanın laxtalanma riskini artıra biləcəyini müəyyən ediblər. Peyvəndin fövqəladə hallar zamanı istifadəsi ilə bağlı bundan əvvəl verilmiş təsdiqinin mətni dəyişdirilib. Yeni təlimatlara əsasən, 18 yaşdan yuxarı amerikalılar ABŞ tərəfindən təsdiqlənmiş digər oxşar peyvəndlərə çıxışı olmayanda və ya tibbi […]

Dünya

Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert cümə günü Rusiya Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Londonun növbəti anti-Rusiya sanksiyaları paketini qəbul etməsi ilə bağlı ona kəskin etiraz bildirilib. Rusiya XİN-nin yaydığı bəyanatda deyilir ki, bu cür destruktiv kursun davam etməsi qaçılmaz olaraq ikitərəfli münasibətlərin tamamilə məhvinə gətirib çıxaracaq. Bəyanatda həmçinin bildirilib ki, Moskva Londonun başlatdığı […]

Cəmiyyət

Şəmkirdə qadını maşın vurub

Şəmkirdə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Məleykə Rüstəmovanı vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib. 41 nəfər xilas edilib, onlardan 28-i hərbçi, 13-ü mülki şəxsdir. Bu barədə Ukrayna baş nazirinin müavini, reinteqrasiya üzrə nazir İrina Vereşçuk “Telegram”da məlumat verib. “Növbəti əsir mübadiləsi olub. 11-i qadın olmaqla 41 nəfər geri qaytarılıb. 28 hərbçi və 13 mülki şəxs evlərinə qayıdır”, – deyə o […]

Cəmiyyət

Gəncədə 72 yaşlı qadının meyiti tapılıb

Gəncədə 72 yaşlı qadının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Xeberal.az

Cəmiyyət

Bakıda yanğın olub – FOTO

Bakıda yanğın hadisəsi olub. “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Nəsimi rayonunda, “20 Yanvar dairəsi” yaxınlığında, “Bravo” supermarketin arxasındakı boş ərazidə – zibilxanada qeydə alınıb. Hadisə zamanı 150 kv m. ərazidə məişət tullantıları yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğın söndürülüb. Xeberal.az