İdman

“İnter”dən çempionluq yolunda vacib qələbə – VİDEO

İtaliya A seriyasında XXXVI tura start verilib. Oxu.Az xəbər verir ki, çempionluğun iki əsas namizədindən biri olan “İnter” doğma meydanda “Empoli”ni qəbul edib. Matçın gedişində iki top fərqi ilə geri düşən milanlılar toparlanmağı bacarıblar. Hələ ilk hissənin sonuna qədər hesabda tarazlıq yaradan “neradzurra” ikinci hissədə daha iki qol vuraraq “comeback” edib. Bu nəticə ilə sona […]

Cəmiyyət

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21099”la “Opel” markalı minik avtomobiləri toqquşub. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Uill Smitt “Oskar” mərasimindəki davadan sonra psixoloq dəstəyi alır

Hollivud ulduzu Uill Smitt aparıcı Kris Rok ilə “Oskar” mərasimimdəki davadan sonra kömək üçün psixoloqa müraciət edib. Bu barədə “Entertainment Tonight” nəşri yazıb. Bildirilib ki, Uill Smitt “Oskar”dakı qızğın mübahisədən sonra irəliyə doğru getmək üzərində işləyir. “Kral Riçard”ın ulduzu hadisədən sonra terapiyaya müraciət edib. Mənbə: 360tv.ru Xeberal.az

Dünya

Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası – VİDEO

Mançesterdən Amsterdama KLM aviaşirkətinin reysi ilə uçan sərnişinlərin kütləvi davası videoya çəkilib. Bu barədə “Daily Mail” məlumat yayıb. Nəşrin məlumatına görə, baş verənlərin təfərrüatı hələ də dəqiqləşdirilir. Davanı mobil telefonu ilə lentə alan sərnişinin dediyinə görə, insidentin başlamasına səbəb 20 yaşlarında gənc britaniyalının irqçi ifadəsi olub. Videoda üç nəfərin bir sərnişinin üzərinə atılaraq necə zərbələr endirməyə […]

Dünya

“Shell” Rusiyada yanacaqdoldurma məntəqələrinin fəaliyyətini dayandıracaq

“Shell” Rusiyadakı yanacaqdoldurma məntəqələrinin və Torjkadakı sürtkü yağları zavodunun fəaliyyətini tezliklə dayandıracaq. Bu barədə “Shell Oil” MMC-nin baş direktoru Sergey Starodubsev şirkətin saytında dərc olunan açıqlamasında bildirib. Starodubsev təsdiqləyib ki, Britaniya-Hollandiya neft-qaz konserni olan “Shell” Rusiya neft-qaz bazarındakı bütün layihələrdən çıxmaq planlarına uyğun olaraq, “Shell” yanacaqdoldurma məntəqələri şəbəkəsinə və Torjkada sürtkü yağları zavoduna sahib olan […]

Dünya

Madonna Papadan kilsədən xaric edilməsinə yenidən baxılmasını xahiş edib

Amerikalı pop müğənni Madonna Roma Papası Fransiski kilsədən xaric edilməsinə yenidən baxılması üçün görüşə dəvət edib. Sənətçi “Twitter”də papaya müraciət edib. Tam adı Madonna Luiza Çikkone olan sənətçi Vatikanın onu səhnədəki qeyri-etik davranışına görə kilsədən xaric etməsindən təxminən iyirmi il sonra geri qayıdış üçün ikinci şans istəyib. 63 yaşlı məşhur özünü nümunəvi katolik adlandırıb və […]

Dünya

Yermak Ancelina Colini yenidən Ukraynaya dəvət edib

Vladimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak amerikalı aktrisa və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib. Aprelin 30-da Coli humanitar missiya ilə Lvova gəlmişdi. Lvovda mühafizəçilərin müşayiəti ilə girdiyi bir kafedə aktrisanı lentə alan ziyarətçilər bu videonu qürur hissi ilə sosial şəbəkələrdə paylaşmışdılar. Ukrayna Prezidentinin Ofisi bildirib ki, […]

Dünya

Havanada hoteldə güclü partlayış: Yaralılar var – FOTO/VİDEO

Havanada Kapitol binasının yanında yerləşən “Saratoga” hotelində güclü partlayış baş verib. “Diario de Cuba”nın məlumatına görə, partlayış nəticəsində binanın ətrafına qırıntılar səpələnib. Partlayışın səbəbləri ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur. Bəzi xəsarət alanların dağıntılar altından çıxarıldığı bildirilib. Partlayışın şahidlərinin verdiyi məlumata görə, binanın ən azı iki mərtəbəsi dağılıb. Mənbə: TASS   Xeberal.az

Dünya

Çağırışa gedən həkimlər dünyanın ən yaşlı insanı ilə rastlaşdılar – FOTO

Braziliyada dünyanın ən yaşlı insanı aşkarlanıb. Belə ki, ölkənin şimal-şərqində, ucqar kəndlərin birində çağırısa gedən həkimlər 121 yaşlı qadınla rastlaşıblar. Doğum şəhadətnaməsinə əsasən, Mariya Qomeş duş Reyş 1900-cü il iyunun 16-da Braziliyanın Bom Jesus da Lapa bələdiyyəsinin Bela Vista kəndində anadan olub. Bütün uşaqları artıq dünyasını dəyişdiyi üçün qadına nəvəsi Seliya qulluq edir. Onun sözlərinə görə, nənə […]

Dünya

Model fotoşopsuz görüntüsü ilə istifadəçiləri heyrətləndirdi – FOTO/VİDEO

Bədən quruluşunun qüsurlarını retuş etmədən paylaşan birtaniyalı model Bri Lenegan pərəstişkarlarını təəccübləndirib. “Instagram” hesabında paylaşdığı fotolarda model düzgün işıqlandırmada, filtrlərdən və retuşlardan istifadə edilərək çəkilən fotoların pərdəarxasını nümayiş edib. İstifadəçinin cəsarətli paylaşımı abunəçiləri sevindirib. Lenegan görüntüləri şərh edərkən istifadəçilərə sosial şəbəkələrdə ideal görüntüləri reallıqla müqayisə etməməyə çağırıb. Paylaşım on minlərlə bəyənmə toplayıb. Mənbə: Daily Star Xeberal.az