Dünya

Kişi eyni vaxtda üç qadınla evləndi – FOTO/VİDEO

Sharing is caring!

Hindistanın Madhya Pradeş ştatının sakini eyni vaxtda üç qadınla toy edib. Məlumata görə, bundan əvvəl onlar təxminən 15 il birlikdə yaşayıblar.

42 yaşlı Samrata Muryanın toyu altı uşağının iştirakı ilə baş tutub.

İcma adətlərinə görə, mərasim üç gün davam edib. Qadınların ən kiçiyinin 30, böyüyünün 35 yaşı olub.

Qeyd edilir ki, Hindistanda çoxarvadlılığın rəsmi qadağasına baxmayaraq, bəzi kənd və icmalarda kişilər hələ də iki və ya daha çox qadınla evlənirlər. Murya hələ 2003-cü ildə gəlinlərdən biri ilə nişanlanıb.

Yeni evlənənlərin sözlərinə görə, onlar cəmiyyətdə tanınmaq, məbədi ziyarət etmək və digər dini tədbirlərdə iştirak etmək icazəsi almaq üçün evlənməyə qərar veriblər.

Mənbə: Times of India

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir