Dünya

Türkiyə Ermənistan aviaşirkətinə hava məkanından istifadəyə icazə vermədi

Türkiyə Ermənistanın “FlyOne Armenia” aviaşirkətinə Avropaya uçuşlar üçün öz hava məkanından istifadəyə icazə verməyib. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Bununla əlaqədar aviaşirkət iyunun 10-na qədər İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan reyslərini ləğv etməli olub. Mənbə: Sputnik Ermənistan Xeberal.az

Dünya

Bitkoin kəskin ucuzlaşdı

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin axşam saatlarında kəskin ucuzlaşıb. Rəqəmsal pul son bir neçə saat ərzində dəyərinin 10%-dən çoxunu itirib. Hazırda botkoin 35,9 min dollara satılır. Mənbə: “Coindesk” Xeberal.az