Dünya

Qazaxıstan Türkiyə ilə birgə tarixi serial çəkəcək

Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub. XəbərAl.az xəbər verir ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət “Alp Arslan” tarixi seriyalının Qazax çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib. Türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellərin yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib. […]

MDB

Rusiya XİN NATO-nu ittiham etdi

Rusiya XİN NATO-nu sülhü qorumaq üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. XəbərAl.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib. XİN-dən verilən məlumata görə, ötən il alyans ölkələrinin hərbi xərcləri 7.4% artıb. Qeyd edək ki, paylaşım NATO-nun yaranmasının 72-ci ildönümünə həsr olunub. XəbərAl.az

İdman

Azərbaycan qılıncoynatmasında tarixi ilk

Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokş […]

Cəmiyyət

Sabah bu marşrutların hərəkət sxemi dəyişəcək

Aprelin 5-də aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. XəbərAl.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, bu səbəbdən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti […]

Media

“İsgəndər-M” raketi ilə bağlı məsələ xarici medianın gündəmindədir

Martın 15-də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minadantəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik “İsgəndər” raket kompleksinin raketinin qalıqlarının tapmaları və onun Bakıda nümayişi xarici medianın gündəmindədir. “XəbərAl.az” xəbər verir ki, qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. İHA xəbər agentliyi, “haberglobal.com.tr”, […]

Hərbi

Federasiya prezidenti,ehtiyatda olan polkovnik Elmar Hüseynovu xəyanətə görə işdən qovdu-Fotofakt

Xəbəral.az xəbər verir ki, xəyanətə görə neçə illərin dostların yolları ayrılmışdır. Belə ki,Qarabag Əlil Döyüşçüləri Futbol Federasiyasının amputant futbolçulardan ibarət komandanın Federasiya  Prezidenti Rövşən Quliyevlə,Federasiyada vitse -prezident vəzifəsini tutmuş Elmar Huseynov pul üstündə bir-biri ilə üz-göz olub. Xəbəral.az-ın xəbərinə görə Abşeron icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev ehtiyatda olan polkovnik Elmar Hüseynovu fedarasiyadan qovmuşdur. […]

Hadisə

DSX əməliyyat keçirdi: yaralı var

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir. 2021-cu ilin 4 aprel tarixində saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində […]

Siyasət

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi — VİDEO

Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir. Minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər. XəbərAl.az xəbər verir ki, Azərbaycan Ombudsmanı […]

Hərbi

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır. Bu barədə “XəbərAl.az” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər. […]