Ölkə

Sabah hava küləkli olacaq – Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə aprelin 5-də havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə […]

Bölgə

Goranboyun icra başçısı ya həbsə gedir, yada ki,işdən azad olunur-İddia

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun İkinci Qarabağ savaşı zamanı Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü” ilə bağlı məqsədli şəkildə şayiələrin yayıldığı haqda məlumat vermişdik. Belə ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, guya, icra başçısının oğlu Nazim Quluzadə müharibədə ermənilərə “girov” düşüb. Lakin araşdırmamız nəticəsində məlum olmuşdu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak […]

Araşdırma

Vəzifədən qovulacaq növbəti məmurlar onlar olacaq – GÖZLƏNTİ

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin tutduğu vəzifədən azad edilməsi islahatların növbəti mərhələsi kimi xarakterizə edilir. Əhməd Əhmədzadə uzun müddət yüksək vəzifədə təmsil olunan, oliqarxlaşmış məmur kateqoriyasına aid olan fiqurlardan olub. Hələ islahatlar kampaniyasının ilkin mərhələsində onun işdən çıxarılacağı bildirilirdi. Lakin həmin dövrdə “Baron” ləqəbi ilə tanınan Əhmədzadə özünü qorumağı bacardı. Ötən ilin […]

AKTUAL

COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi

Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün Cənubi Koreyadan 84 000 doza COVAX platforması çərçivəsində “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətirilib. XəbərAl.az “Report”a istinadən xəbər verir ki, vaksini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib. Vaksini gətirən şəxsləri TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT, ÜST nümayəndələri qarşılayıb. Qeyd edək ki, ümumilikdə mayın sonuna […]

Siyasət

XİN bəyanat yaydı

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir. “XəbərAl.az” xəbər verir ki, […]

Asiya

Türkiyə qonşu ölkələrdəki vəziyyəti diqqətlə izləyir — Hulusi Akar

Türkiyə regionda və beynəlxalq arenada sülhə və sabitliyə əhəmiyyətli töhfə verib və verməyə davam edir.XəbərAl.az-ın məlumatına görə, bunu İraq və Suriya ilə sərhəddə, həmçinin antiterror əməliyyatları zonalarında yerləşdirilmiş bölmələrin komandanlarına videomüraciətində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, Ankaranın sülhməramlı səyləri həm ikitərəfli münasibətlərdə, həm də BMT, NATO və ATƏT də daxil […]

Bölgə

İsmayıllıya dolu yağdı, Lahıca gedən yol bağlandı – Foto

Bu gün axşam saatlarında İsmayıllı rayon ərazisinə yağan yağış sonradan qar və güclü dolu ilə müşahidə olunub. “XəbərAl.az” Azərtac-a istinadən xəbər verir ki, dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Dağlardan düşən qaya parçaları və torpaq qatı İsmayıllıdan Lahıca gedən yolu bağlayıb. Hazırda rayonun kəndlərində yağmurlu hava […]