Ana Səhfə Bölgə

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbs oluna bilər-Görünəni budur…

Hər ay sabiq nazir müavini Rafiq Bayramova 9500 manat rüşvət verən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb və korrupsiya əməllərini davam etdirir. Xatırlayırsınızsa, bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti korrupsiyaya qarşı mübarizə çərçivəsində Mədəniyyət Nazirliyində keçirtdiyi xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və xidmət rəisi Zakir Sultanov həbs edildi. Həbs edilən […]

Siyasət

İlham Əliyevdən “Elektron su təsərrüfatı” informasiya sistemi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.  XəbərAl.az xəbər verir ki, fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilir. Fərmanla ətraflı şəkildə link vasitəsilə tanış ola bilərsiniz.

Maqazin

Murad Dadaşov Türkiyədə saxlanılan qadına Xəzər TV-də vəzifə verdi — FOTO

Ötən ilin dekabrında Türkiyədə çəkiliş zamanı rusiyalı jurnalistlərlə birgə saxlanılan Aytac Carçıyevaya “Xəzər” televiziyasında vəzifə verilib. XəbərAl.az xəbər verir ki, onun “Xəzər”ə təlimçi kimi qısa müddətə gətirildiyi deyilsə də, artıq işə götürüldüyü bildirilir. A.Carçıyevanın, hətta televiziyanın departamentlərindən birinə rəhbər təyin ediləcəyi gözlənilir. Qeyd: Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində Pilotsuz Uçuş Aparatlarının araşdırma və istehsal mərkəzinin […]

Cəmiyyət

BNA övladını şəxsi avtomobillə məktəbə aparan valideynlərə müraciət etdi

Xüsusi karantin rejimi çərçivəsində fevralın 15-dən ali məktəblərdə praktik, əyani orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlayacağını, nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bu səbəbdən də hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi […]

Xarici siyasət

Çavuşoğlu Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım etdi — FOTO

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümü ilə bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, paylaşımda deyilir: “Can Azərbaycanın İstiqlal şairi Baxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümünu hörmət və rəhmətlə anıram. Şeirləri qəlbimizdə yaşayacaq”, – XİN rəhbəri qeyd edib.

Dünya

G7 ölkələrinin növbəti sammiti keçirildi

G7 ölkələrinin maliyyə nazirləri qlobal iqtisadiyyatın gedişatını müzakirə ediblər.  XəbərAl.az “İHA”ya istinadən xəbər verir ki, bu ev sahibliyini İngiltərə etdiyi sammit telekonferans vasitəsilə həyata keçirilib.  Sammitdə az gəlirli ölkələrin koronavirus peyvəndi ilə təmin edilməsinə dair müzakirələrin sürətləndirilməsi tələb olunub. Tələb Yaponiyanın Maliyyə naziri Taro Aso tərəfindən gəlib. Bundan savayı qlobal iqtisadiyyatın bərpa prosesi, rəqəmsal texnologiya […]

Kriminal

Sabiq deputatın evi qarət edildi

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət edilib. XəbərAl.az xəbər verir ki, bu barədə A.Süleymanov yerli mediaya özü məlumat verib. Onun sözlərinə görə oğurluq sistemli şəkildə olub və oğrular ayrı-ayrı günlərdə evə daxil olublar. Sabiq deputat sonuncu qarət hadisəsinin bu gün səhər saatlarında qeydə alındığını bildirib. O qeyd edib […]

Gündəm

İnvestisiya Holdinqinə verilən dövlət qurumlarının sayı 8-ə çatdı

4 dövlət qurumu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. Bunlar “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” MMC-dir. Qeyd edək ki, yanvarın 25-də Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat […]

Bölgə

Xocalı aeroportu açılır? — VİDEO

Rusiya sülhməramlıları Xocalı aeroportunun açılmasına çalışır. XəbərAl.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb. Yayılan fotolardan aydın görünür ki, ətraf ərazilərdə sülhməramlıların yaşaması və yüklərin saxlanılması üçün müvafiq infrastruktur yaradılıb. Kontingentin heyəti iş aparılan ərazinin ətrafında blok-postlar qurub. Məlumatda bildirilir ki, Rusiya tərəfi Xocalı aeroportunun Moskvadan hərbi yükləri qəbul etmək üçün istifadəyə […]