Maqazin

Murad Dadaşov Türkiyədə saxlanılan qadına Xəzər TV-də vəzifə verdi — FOTO

Sharing is caring!

Ötən ilin dekabrında Türkiyədə çəkiliş zamanı rusiyalı jurnalistlərlə birgə saxlanılan Aytac Carçıyevaya “Xəzər” televiziyasında vəzifə verilib.

XəbərAl.az xəbər verir ki, onun “Xəzər”ə təlimçi kimi qısa müddətə gətirildiyi deyilsə də, artıq işə götürüldüyü bildirilir.

A.Carçıyevanın, hətta televiziyanın departamentlərindən birinə rəhbər təyin ediləcəyi gözlənilir.

Qeyd: Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində Pilotsuz Uçuş Aparatlarının araşdırma və istehsal mərkəzinin yerləşdiyi sahəni qanunsuz olaraq görüntülədikləri bildirilən Rusiyanın xəbər kanalında çalışan müxbir Aleksey Petruşko, operator İvan Malişkin və onlara yardım etdiyi deyilən Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva İstanbul Təhlükəsizlik Müdirliyində 4 gün davam edən dindirmədən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb. Prokurorun dindirməsindən sonra hər 3 nəfər sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir