Kriminal

Sabiq deputatın evi qarət edildi

Sharing is caring!

Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət edilib.

XəbərAl.az xəbər verir ki, bu barədə A.Süleymanov yerli mediaya özü məlumat verib.

Onun sözlərinə görə oğurluq sistemli şəkildə olub və oğrular ayrı-ayrı günlərdə evə daxil olublar. Sabiq deputat sonuncu qarət hadisəsinin bu gün səhər saatlarında qeydə alındığını bildirib.

O qeyd edib ki, oğrular həyətyanı sahədə olan antikvar əşyaları aparıblar və avtomobili qarət ediblər.

Azər Süleymanov oğurluqdan bu gün xəbər tutduğunu bildirib. Oğruların görüntüləri həyətyanı sahəyə quraşdırılmış təhlükəsizlik kamerası ilə qeydə alınıb.

Sabiq deputat faktla əlaqədar polisə müraciət edib. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir