Sosial

“Qanan da danışır, qanmayan da…“ – Rəşid Mahmudov

Azərbaycanda artıq tibb işçiləri və 65 yaşdan yuxarı şəxslər peyvənd olunmağa başlayıb. Lakin bəzi şəxslər peyvəndin fəsadlara yol açacağını düşünərək onu vurdurmağa tərəddüd edir. XəbərAl.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov peyvənd vurdurmağın vacib olduğunu vurğulayıb: “İnsanlar anlamırlar ki, peyvənd vurdurmayanda ölüm faizi çox […]

Mədəniyyət

“Bir topa adam“ təqdim edildi – Video

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bir topa adam” filmi bu günlərdə izləyicilərə təqdim edilib. “Qarabağ” silsiləsindən birinci film olan “Bir topa adam” filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. XəbərAl.az xəbər verir ki, vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə […]

Asiya

Kılıçdaroğluna da vaksin vuruldu – Foto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, müxalif siyasətçi Kemal Kılıçdaroğlu da koronavirusa qarşı vaksinasiya prosesindən keçib. XəbərAl.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Kılıçdaroğlu barədə özü sosial şəbəkədə məlumat verib. Siyasətçi həyat yoldaşı ilə birgə vaksin olunub. “Bizim də sıramız gəldi və həyat yoldaşım Selvi xanımla ailə həkimimizdə COVID-19-a qarşı vaksin olunduq. Hamının güvənli […]

Ölkə

Sabah güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. XəbərAl.az xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm […]

Gündəm

Vətən Müharibəsi iştirakçısının həyat yoldaşı Prezidentə və I vitse-prezidentə MÜRACİƏT ETDİ

Hazırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. XəbərAl.az xəbər verir ki, hərbçinin həyat yoldaşı müraciətində Ziya Kazımovun 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət ediyini və Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini […]

Siyasət

Milli Məclisin bir şöbəsi ləğv olundu, iki yeni şöbə yaradıldı

Milli Məclisdə struktur dəyişikliyi aparılıb. XəbərAl.az-ın əldə etdiyi məlumata görə, parlamentin iqtisadi və sosial qanunvericilik şöbəsi ləğv edilərək iki hissəyə bölünüb. Bununla da parlamentdə daha iki şöbə İqtisadi qanunvericilik və sosial qanunvericilik şöbəsi yaradılıb. İqtisadi qanunvericilik şöbəsinə Məhəmməd Bazıqov, sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsinə isə Adil Vəliyev təyin edilib.

MDB

Lavrov: “Cozef Baydenin dövründə ABŞ-la cari problemlər çətin ki həll olunsun”

“Cozef Baydenin prezidentliyi dövründə ABŞ və Rusiya çoxsaylı cari problemlər üzrə çətin ki razılıq əldə etsin”. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, rəsmi Moskva və Vaşinqton strateji sabitliklə bağlı danışıqları davam etdirəcəklər. S.Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə fevralda olan ilk danışığını normal […]

Cəmiyyət

TƏBİB rəsmisi maska ilə bağlı açıqlamasını təkzib etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “REAL TV-yə müsahibəsində “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikri ilə bağlı sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olmasına aydınlıq gətirib. XəbərAl.az xəbər verir ki, N.Mustafayeva verilişin aparıcısının bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyini istədiyini […]

Şou-Biznes

“Bu, nə əttökənlikdir, nə ədəbazlıqdır” — Nanə haqqında SƏRT AÇIQLAMA

“Bu, nə əttökənlikdi axı? Bu, nə ədəbazlıqdı? Adam da öz verilişini özünə həsr edər?! Xəstədi ee həqiqətən bunlar. Narsizm xəstəsi”. XəbərAl.az xəbər verir ki, bu fikirləri peşəkar televeziyaçı Vüsalə Mirzəyeva ATV-nin aparıcısı Nanə Ağamalıyeva haqqında özünün facebook səhifəsində yazarkən bildirib. V.Mirzəyeva daha sonra yazıb: “Biri hər dəfə maqazin proqramında özü-öz verilişində qonaq kimi müsahibə verir. İndi […]

Bölgə

Azərbaycanın bu kəndində kimin əzizi vəfat edirsə, ehsan əvəzinə yol çəkdirir

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kənd sakinləri örnək addıma imza atıblar. XəbərAl.az xəbər verir ki, kəndin xeyriyyəçi insanları vəfat edən yaxınlarının ehsanına dəbdəbəli süfrə təşkil etməkdənsə, kəndin iki mərkəzi küçəsini təmir edərək kənd sakinlərinin istifadəsinə veriblər. Bu gün isə daha bir Dəllər Cəyir kənd sakini vəfat edən yaxınının ehsanına küçə təmir etdirib. Artıq yas mərasimlərində dəbdəbəli […]