Asiya

Kılıçdaroğluna da vaksin vuruldu – Foto

Sharing is caring!

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, müxalif siyasətçi Kemal Kılıçdaroğlu da koronavirusa qarşı vaksinasiya prosesindən keçib.

XəbərAl.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Kılıçdaroğlu barədə özü sosial şəbəkədə məlumat verib. Siyasətçi həyat yoldaşı ilə birgə vaksin olunub.

“Bizim də sıramız gəldi və həyat yoldaşım Selvi xanımla ailə həkimimizdə COVID-19-a qarşı vaksin olunduq. Hamının güvənli şəkildə vaksin olunmasını və pandemiyanın sona çatmasını diləyirəm”, – deyə Kılıçdaroğlu qeyd edib.

Kılıçdaroğluna da vaksin vuruldu  - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir